AŞPA - Azərbaycan arasındakı gərginliklərinin nəticəsi nə olacaq? - Ekspertlər ŞƏRH EDİR

Müsahibələr 13:00 23.01.2024

AŞPA dünən baş tutan qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Almaniyalı deputat Frank Şvabenin bununla bağlı təklifi dəstəkləyib. Azərbaycan nümayəndə heyəti iclasda iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb.

Milli Məclis deputatı Fazil Mustafa Ednews – a açıqlamasında baş tutan prosesin Azərbaycan üçün heç bir mənfi nəticə gətirməyəcəyini söyləyib:

“AŞPA-da keçirililən sessiyaya qatıla bilməməyimiz səbəbi prezident seçkiləri ilə bağlıdır. Çünki Prezident seçkilərində namizəd olaraq iştirak edirik. Bu da öz növbəsində düşünürəm hər hansısa bir mənfi diplomatik nəticə doğura bilməz. Bizim bunu növbəti sessiyalarda da etmək imkanımız var. Eyni zamanda orada baş verən prosesləri biz yaxından izləyirik. Hər hansı bir şəkildə qeyri – obyektiv bir yanaşmalar olduqda, uyğun olaraq reaksiyamızı bildiririk. Sadəcə qeyd etdiyim kimi hazır ki, seçki dönəminə görə hazırda bu məsələdə heç bir siyasi nəticə ortaya qoymaq doğru deyil. Hərçənd Azərbaycanın iştirakı olmadan hansısa bir qərar qəbul olunarsa, qərarın mahiyyətinə uyğun reaksiyamız müsbət və ya mənfi olaraq ortaya qoyulacaq”.

Amerikalı politoloq və hüquqşünas İrina Zukerman öz şərhində alınan qərarın olduqca təzadlı olduğunu vurğulayıb:

“Baş tutan bütün proseslər kinayəli xarakteristika daşıyır, çünki alman nümayəndə heyətinin etimadnaməsinə Böyük Britaniyadan olan həmkarı Almaniyadakı siyasi tarazlığı əks etdirmədiyi üçün etiraz edib. Şəffaflıq naminə, xüsusilə bu müşahidəçilərin Ermənistanda olmasının birtərəfli xarakteri ilə bağlı iddiaların kontekstini nəzərə almaq lazımdır. Bu müşahidəçilərin təhlükəsizliyi ilə bağlı qanuni narahatlıq yaranarsa, Azərbaycanın Aİ müşahidəçilərinə icazə verməsi optimal olardı, bütün bu məlumatlar ictimaiyyətə açıqlanmalıdır. Eləcə də “siyasi məhbuslar”la görüşlərin qarşısının alınması ilə bağlı iddialardan kimin nəzərdə tutulduğu və bu müraciətlərin əsaslı şəkildə edilib-edilmədiyi və ya niyə rədd edildiyi aydın deyil. Əgər onlar bu cür görüşlərin Azərbaycan əleyhinə təbliğat üçün istifadə oluna biləcəyindən narahatdırlarsa, bu, həmin narahatlıqları dilə gətirmək, gələcəkdə siyasi hücumlardan, bu cür görüşlərdən sui-istifadədən qaçmaq üçün təminatları müzakirə etmək və xoş bir çərçivə yaratmaq üçün yaxşı vaxtdır. Belə olduğu halda zənnimcə bu tərəflərin narahatlığını həll edəcək”. 

Politoloq həmçinin Azərbaycana məhdudiyyət qoyulması ehtimalını da şərh edib:

Hərçənd bu vəziyyət həll olunmazsa və yaxın gələcəkdə Azərbaycanın tam iştirakına məhdudiyyət qoyularsa, öz maraqlarına təsir edən müvafiq məsələlərdə söz sahibi olmaq imkanını ədalətsiz şəkildə məhdudlaşdırılmış olacaq. Bu da nəticə etibarı ilə bütün Avropanı narahat edən məsələlərə fərqli baxış bucağı yaradacaq və bu məsələlərin həllini düşmən və ya rəqib maraqların xeyrinə işləmiş olacaq. Üzvlərin qəsdən xaric edilməsi və ya məhdudlaşdırılması, ehtimal ki, gərginlik yarada bilər, Avropa işlərinə sabitliyi poza bilər və komitə daxilindəki perspektivlərin müxtəlifliyinə xələl gətirərək, bütün üzvlərin müxtəlif maraqlarına zəif xidmət göstərəcək qrup düşüncəsi yarada bilər. Bu cür iddiaların müəyyən edilməsi üçün aydın proseduranın olmaması faktı qanuni və diplomatik paritet anlayışına xələl gətirən prosessual və mahiyyət etibarı ilə qarışıqlıq yaradır”.

Əkbər Novruz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Hamısı