Avropa Şurası Parlament Assambleyası Azərbaycanla münasibətlərinə yetəri qədər diqqət ayırmadığı üçün Azərbaycan Respublikası qurumun üzvlüyündən imtina edib.
Bu hadisə Azərbaycanın xarici siyasətinə necə təsir edəcək?
Mövzu ilə bağlı Ednews-a açıqlama verən Azərbaycan-ABŞ İqtisadiyyat və Təhsil Şurasının baş direktoru və təsisçisi, BAMF-ın ABŞ-dakı nümayəndəsi Piter Teys bildirib ki, Azərbaycan AŞPA-dan çıxmaqla heç nə itirməyib.
“AŞPA tarixi boyu Azərbaycanla aqressiv münasibətdə olub. Təşkilat nümayəndələri Azərbaycan cəmiyyətinə və siyasətinə qarşı hər zaman təxribatçı açıqlamalar veriblər. Son 3 ildə Avropa Şurası Parlament Assambleyası təkcə Azərbaycana qarşı yox, həm də türk dünyası ilə mənəvi dəyərləri yox sayaraq rəftar ediblər. Məsələ burasındadır ki, AŞPA dünya üzərindəki mövcud münaqişə zonalarına yox sayır”.
Politoloq açıqlamasında bildirib ki, AŞPA heç digər münaqişə regionlarında da öz fəaliyyətini məhsuldar şəkildə apara bilməyib.
“Təşkilat Ukrayna, İsraildə davam edən müharibələrə və eləcə də Afrikada baş verən vətəndaş müharibələrinə yetəri qədər diqqət ayırmır. Qlobal səviyyədə öz missiya və vəzifələrini həyata keçirə bilməyən bir qurum kimi AŞPA Azərbaycana lazım deyil. Azərbaycanın AŞPA-dakı gələcək yeri qeyri-müəyyəndir. Əgər gələcəkdə təşkilat Azərbaycana yenidən üzvlük üçün müraciət etməsə ən çox itirən AŞPA olacaq. Çünki, AŞPA Azərbaycanda nə üzərinə götürdüyü missiyasını, nə də verdiyi vədləri yerinə yetirib”.
Fərid