Ərdoğan-Putin görüşünün olmamasının əsas səbəbi nədir? – Türkiyəli Politoloq AÇIQLAYIR

Müsahibələr 14:00 09.02.2024

 


Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Qeyd edilir ki, iki dövlət başçısı arasında görüş yaxın zamanlarda planlaşdırılmışdı. Görüşün baş tutmamasının əsas səbəbi nədir? Putinin Türkiyə səfəri niyə reallaşmadı?


Məsələ ilə bağlı türkiyəli politoloq İsmayıl Cingöz Ednews-a açıqlamasında bildirib ki, Rusiya prezidenti Putinin Türkiyəyə səfəri ilə bağlı verilən açıqlamlarda aprelin sonu, mayın əvvəli nəzərdə tutulduğu üçün onun tamamilə ləğv olunmadığı düşünülür: 


“Bu təxirə salmanın Türkiyədə olan ağır seçki prosesi, Ərdoğanın iş proqramının çox olması ilə bağlı olduğu ilə əlaqələndirilir.

Eyni zamanda Rusiyada da seçimlər  olduğu üçün hazırki zamanın iki ölkə üçün görüşlərin olması uyğun deyil. Bunun əsasən iki ölkə arasındakı münasibətlərin gərginləşməsi kimi qələmə vermək doğru sayılmır.

Son dönəmlərdə Rusiya və Türkiyə arasında mərhələli şəkildə yüksək əməkdaşlıq olub.

Əsasən də iki qütblü dünya sistemindən  ərəb baharının başlanğıcında iki ölkə arasında münasibətlər gərginləşsə də, ABŞ və Avropa İttifaqının Türkiyəni təcrid etməsi Türkiyənin alternativ kimi Rusiya ilə yaxınlaşmasına səbəb olub. Vacib olaraq dəyərləndirməliyik ki, son zamanlar Rusiya ilə Türkiyə stratejik müttəfiq kimi hərəkət etdikləri nəzərə çarpır”. 


Politoloq qeyd edib ki, həmçinin müttəfiqlik  Rusiyanın mənafelərinə də uyğun gəlir: 


“Hər tərəfdən blokadaya alınan Rusiya Türkiyəni açıq qapı kimi görür. Ukrayna müharibəsinə görə Qərbdən ağır sanksiyalara məruz qalan və beynəlxalq cəmiyyətin bir çox sektorunda problemlər yaşayan Rusiyanın dünya ilə olan bağlantısı Türkiyə üzərindən davam  etməkdədir.

Tarixdə heç olmadı qədər hazırda Rusiya və Türkiyə bir-birinə yaxındır. Buna görə də iki ölkə arasında hər hansı gərginləşmənin  olmadığını vurğulamaq istəyirəm. Həmçinin Türkiyə üçün də iqtisadi baxımından Rusiya önəmli ölkədir. Hər iki ölkə əsasən regional baxımda bir çox tərəfdaşlıq edir.

Ukrayna müharibəsində Avropanın gözünü tuşladığı bir dövrdə Türkiyənin neytral mövqedə dayandığı ölkənin siyasi uğurlarından biri kimi hesab edilir.

Çünki ABŞ bu ərazilərdə gəldi-gedərdi, lakin Rusiya ilə Türkiyə həmişə qonşu olaraq qalacaq”. 


Xəyal Ramiz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Hamısı