Xocalıda əsir düşən xanım: “Anam məni tanıya bilmədi” – MÜSAHİBƏ

Müsahibələr 15:35 26.02.2024

Bu gün Xocalı soyqırımından 32 il ötür. Xocalıda yüzlərlə insan qətlə yetirilib. Ailəsi, əzizləri gözləri önündə əziyyətlə öldürülən qəhrəman şəhərin sakinləri bu gün Xocalının qan yaddaşını yaşadır. Misli görülməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız Xocalı camaatına bir gecənin içində amansız divan tutulub. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq qətlə yetirilib. Yüzlərlə insan yaralanıb, xəsarət alıb, şikəst olub, əsir düşüb. Həmin gecənin şahidlərindən biri də Dürdanə Ağayevadır.

Ednews səkkiz gün erməni əsirliyində qalan Xocalı sakini Dürdanə Ağayevlə müsahibəni təqdim edir. 

- Xocalı faciənin üstündən 31 il keçir. Həmin gecəni, soyqırımını necə xatırlayırsınız?

- Bu faciəni unutmaq istəsək belə unuda bilmərik. Biz Xocalı faciəsindən o qədər danışmalıyıq ki, unutdurmamalıyıq. 31 il insan öz vətəninə, evinə-eşiyinə həsrət qalır. Çox ağır dərddir. Mən o gecəni xatırlayıram, elə bil dünən olub. Gecə saat 11 olardı, Xocalıya hücum oldu. Gündüzdən bu hücumu yerlilər bilirdi. 

Xocalıya dörd tərəfdən hücum etdilər, faktiki olaraq şəhəri mühasirəyə aldılar. Mülki vətəndaşlar üçün qaça biləcəkləri yalnız bir dəhliz var idi - meşədən Ağdama gedən yol. Atəş başlayan kimi evdən qaçaraq meşəyə tərəf getdik. Çöldə qarlı fevral ayı idi, biz yüngül paltarda idik, iliklərimizə qədər donmuşduq. Qarqar çayını keçmək üçün suya az qala dizə qədər girmək lazım idi. Qardaşlarım nənəmi keçirdilər, o, zərər çəkmədən Ağdama ilk çatanlardan oldu. Biz isə ayaqlarımızı islatdıq, bu isə hərəkət etməyi çox çətinləşdirirdi. Həmin gecə Xocalı od tutub yandı. 

Geriyə baxmadan qaçdıq, soyuq, qaranlıq və qorxulu idi. Güllələrin vıyıltısı bizi yerə yıxırdı, anam böyründən yaralandı, qardaşım ona ayağa qalxmağa kömək etdi və biz yeriməyə davam etdik. Meşə meyitlərlə dolu idi, yaxınlıqda uşaqlar vardı, onları kömək dalınca gedənlər qoymuşdu. Bilirsiniz, çoxuşaqlı ailələr var idi, ona görə də qadınlar bütün uşaqları təkbaşına xilas edə bilməzdilər. Həm yaşlılar, həm də gənclər arasında həlak olanlar vardı... 

- Əsir düşdünüz və bu cəhənnəmdən necə xilas oldunuz?

- Qara qayanın üstündə qardaşımla birgə yaralı vəziyyətdə əsir götürüldük. 8 gün əsirlik həyatı yaşadıq. Ağla gəlməz işgəncələr, vəhşiliklər gördük. İnsanda bir mərhəmət hiss olar. Uşağa, qadına silah çəkməz, güllələməz. Amma ermənilər millət deyil, insan deyillər. Allahverdi Bağırovun sayəsində əsirlikdən xilas olduq. Allah ona rəhmət etsin. 

- Xocalıda əsir düşənlərin taleyi necə oldu?

- Allahverdi Bağırov 1 050 Xocalı sakinini əsirlikdən xilas etdi. Amma mən tanıdığım oğlanlar orda qaldı. Onların taleyindən heç birimizin xəbəri yoxdur. Onların başına nə gəldisə də bilmədik. Heç unutmaram, 15 yaşlında Xəqani adlı oğlan vardı. Onu ermənilər apardı qəbirlərinin üstündə başını kəsdilər. Bu zülmdür, dözülməz dərddir. Eləcə də Xəqani kimi oğlanlar ermənilərin əlində qaldı.

Səhəri gün bizi maşına mindirib Ağdama apardılar, çox həyəcan keçirirdim. Axı mən nəhayət anamı, qardaşlarımı və nənəmi görə biləcəkdim... Əvvəl anam heç məni tanımadı, mənə müraciət edərək “Mənim oradakı qızım necədir?” sualını verdi. Mən isə göz yaşları içində ona “Mən elə sənin qızınam ...” söylədim.

- Xocalı hadisələri ilə bağlı indiyədək sirr kimi saxladığınız məlumat varmı?

- Elə bir sirrim yoxdur. Ümumiyyətlə, Xocalı faciəsindən nəsə bir sirr saxlamaq günahdır. Onu danışmaq lazımdır. Bir qadın olaraq mənim kiçik bir mücrüm var. Xocalını unutdurmamalıyıq, biz nə qədər danışsaq azdır. ABŞ-da, Fransada, İtaliyada, Türkiyədə, Rusiyada olmuşam. Hara getmişəmsə erməni vəhşiliyindən danışmışam. Allah bizim xalqa güc, səbr versin. 

Söhbətləşdi: Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Hamısı