Qərb ölkələri Gürcüstana sanksiya edəcək? – Politoloqdan AÇIQLAMA

Müsahibələr 11:30 23.05.2024

Financial Times-da dərc olunan xəbərə görə İsveç, Hollandiya, Çexiya və Estoniya digər Aİ-yə üzv dövlətləri Gürcüstanın xarici agentlər haqqında qanun layihəsini qəbul etməsindən sonra ona qarşı sanksiyalar tətbiq etməyi düşünməyə çağırır. Təklif olunan tədbirlərə Gürcüstan vətəndaşları üçün 2017-ci ildən qüvvədə olan vizasız rejimin dayandırılmasını, həmçinin məqsədyönlü sanksiyalar və Avropa fondlarından vəsaitlərin dondurulması daxildir. Gürcüstan da baş verən üsyanların Aİ-nin Gürcüstana olan siyasi kursunu dəyişəcəkmi?

Məsələ ilə bağlı politoloq Turab Rzayev Ednews-a açıqlaması zamanı qeyd edib ki, bu əslində tək təhdid xarakteri daşımır: 

“Çalışırlar ki, bu üsulla Gürcüstanı bu yoldan geri çəkindisinlər. ABŞ, Avropa ittifaqı birbaşa sanksiyalara əl ataraq Gürcüstanı bu yoldan geri çəkindirsinlər. Qərb dövlətləri, Avropa ittifaqı və ABŞ bir başa sanksiyalara əl atıb sıxışdırmağa çalışmırlar bunun əvəzinə mərhələli şəkildə hissə-hissə bunu etməyə çalışırlar. Ona görə də hələlik bəzi ölkələrdə bunu Gürcüstana etməyə başlanılıb və qərar qəbul olunubsa ilk öncə İsveç, Hollandiya, Çex Slovakiyadan başlanacaq. Çexiya və Estoniya Şərqi Avropada Gürcülərin Polşadan sonra ən çox getdiyi ölkələrdəndir. Eyni zamanda İsveç, Hollandiya Avropa ittifaqının əhəmiyyətli ölkələrindəndir. Bununla da faktiki olaraq Gürcülərə mesaj verilir. Gürcü höküməti Qərbdən uzaqlaşıb Rusiya və Çinə yaxınlaşmağı davam etdirirərsə yəqin ki, bu sanksiyaların təsir effekti artacaq”. 

Politoloq vurğulayır ki, əgər gələcəkdə bu məsələ ilə bağlı Gürcüstana sanksiya edilərsə, xaricdən asılı olan Gürcüstan üçün heç yaxşı olmayacaq:

“Mən düşünürəm ki Gürcüstan hökümətinə qarşı bu sanksiyaların elan edilməsi əslində Gürcüstanı geriyə doğru addım atmağa məcbur etmək demək deyil. Ondan daha çox Gürcü əhalisinin mesajıdı. Yəni gürcü əhalisinə mesaj verilir ki, qərb bunu dəstəkləmir, və belə olarsa gürcüstan hakimiyyətinə sanskiya tətbiq ediləcək. Faktiki olaraq etitrazçılara hakimiyyəti devirin,əks halda bu hökümət  sizi Rusiya və Çinə aparacaq, Qərbdən uzaqlaşdıracaq və Qərblə Gürcüstan münasibətləri dəyişəcək mesajı verir. Digər tərəfdən Gürcüstana maliyyə yardımının dayandırılması Gürcüstanın iqtisadiyyatı üçün də Gürcüstan əhalisinin davranışı üçün də çox əhəmiyyətli faktordu. Bir tərəfdən Gürcüstan xaricdən yardımdan çox asılı olan ölkədi. Həm xarici yardımdan həmdə xaricdə işləyib ölkəyə pul göndərən gürcülərdən. İndi həm fondlardan vəsaitlərin dayandırılması həm sanksiyalar Gürcüstanda böyük maliyyə böhranının baş verə bilər. Gürcüstanın maliyyə gəlirləri çox azdı. Ona görə də bu yardımlardan kifayət qədər asılıdı. Digər tərəfdəndə Çin vizası rejiminin ləgv  edilməsi Gürcüstan əhalisini hökümətə qarşı  daha da aqressiv olmağa məcbur edir ki Gürcüstan əhalisi  xüsusilə indiki dövrdə Avropada miqrant kimi çalışır. Həm ailələrini həm özlərini dolanışığın təmin edirlər”.

 

Xəyal Ramiz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı