Qurban əti sırf bu insanlar üçün ayrıla bilər – İlahiyyatçıdan AÇIQLAMA

Müsahibələr 14:00 12.06.2024

Qurban bayramına bir neçə gün qalıb. Maraqlıdır, bu bayramın xüsusi adət-ənənələri nədir? Bayram münasibətilə müsəlmanlar nə etməli və hansı məqamları nəzərə almalıdır?

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Ednews -a özəl açıqlama verib:

channels4_profile.jpg

“İslam dinində hər bir ibadətin, ayinin öz ilahi hikməti ilə yanaşı ictimai tutumu, mahiyyəti, fəlsəfəsi və sosial yönü var. Qurban da Həcc ibadətinin tərkib hissəsidir və əsasən, Həcc ibadətini icra edən müsəlmanlara vacibdir. Ancaq, Həccdə olmayan, öz məskənində, məntəqəsində olan müsəlmanlar üçün də imkan daxilində bu ibadət icra edilməlidir. Qurban sözünün mənası Allaha yaxınlaşmaqdır. İnsan qurban kəsməklə öz malını, varını rəmzi mənada ifadə edir. Digər tərəfdən isə sosial cəhətdən kasıblara, ehtiyacı olanlara yardım etmiş, paylaşmış olur.”

İlahiyyatçı qurban kəsərkən diqqət edilməli məqamları da vurğulayıb:

“Qurban dəvə, inək, camış, keçi və qoyundan olur. Qurban bayramı günü və ondan iki gün sonra qurban kəsmək məqbuldur. Kəsən mütləq müsəlman olmalı və yönü qibləyə, Allahın adını çəkərək və Allah üçün kəsməlidir. Kişi olmasa, qadın da qurban kəsə bilər. İçalatı, baş və ayağı yollara atmaq olmaz. Ya ev heyvanlarına vermək, ya da basdırmaq lazımdır. Qəbir üstündə, pirdə, məzarlıqda, natəmiz yerlərdə, yol üstündə, yol kənarında, azyaşlı uşaqların və heyvanların gözü önündə qurban kəsmək ədəbə uyğun sayılmır. Qurban ətini satmaq olmaz. Bəzən qəssablar qurban əti adı ilə ət satırlar. Bu, qurban sayıla bilməz. Kimin kəsməyə imkanı yoxdursa sadəcə ət alıb istifadə edə bilər. Hər şeyi dəllallığa, alverə, dələduzluğa çevirmək olmaz. Dəvə, camış, inək kimi böyük başlı heyvanları 7 nəfərə qədər şəxs şərikli pul qoyub kəsə, sonra da bölə bilər. Xırda heyvanlar bir yaşını tamamlamalıdır, kor, şikəst, xəstə, qoca heyvandan qurban olmaz. “
T.İrfan sonda qeyd edib ki, qurban əti sırf bu insanlar üçün ayrıla bilər: 


“Qurban əti üç hissəyə bölünür: bir hissə özü və ailəsi üçün, ikinci kasıblar və ehtiyacı olanlar üçün, üçüncü isə qonşu və qohumlar üçün ayrıla bilər. Əgər miqdarı azdırsa, yalnız öz ailəsi üçün götürə və ya ehtiyacı olmasa, hamısını paylaya bilər. Bəzi ailələr var ki, bəlkə də ildə bir dəfə ət almağa imkanları olur. Bax belə ailələrə yardım edilməli, qurban payı bölünməlidir. İmkanlı şəxslər daha çox heyvan kəsə və paylaşa bilərlər. Bunun savabı daha çoxdur. 10 min manat verib Həccə gedincə o pula qurbanlıq alıb kasıblara paylasalar Cənnəti satın almış olarlar.” – O deyib


Nigar

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
17:06 07.07.2025
Hamısı