Orbanın süpriz səfərləri: Aİ-yə mesaj yoxsa, beynəlxalq aləmdə balans təşəbbüsü? - Beynəlxalq ekspertlərin ŞƏRHİNDƏ

Müsahibələr 15:30 09.07.2024

Macarıstanın Baş naziri Viktor Orban geridə qoyduğumuz həftə bir sıra mühüm səfərlərdə iştirak etdi. Əsasən dünya nizamının - Çinin Avropada artan nüfuzu, onun gələcəyi, Ukrayna - Rusiya münaqişəsinin həlli kimi məsələlərin müzakirəsi üçün Pekin, Kiyev və Moskva şəhərlərinə mühüm işgüzar səfər etdi. Yeri gəlmişkən onu da xatırladaq ki, baş nazir Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə də iştirak edib.

Burada isə bir sıra suallar orta çıxır. Macarıstanın baş naziri Viktor Orbanın Kiyev, Moskva və Pekinə supriz səfərləri Ukrayna-Rusiya münaqişəsinin həllində hansı rolu oynaya bilər? Bu səfərləri Avropa İttifaqında yenilənmənin göstəricisi hesab etmək olarmı? Çünki normalda V.Orban, bir qayda olaraq, öz dövlətinin maraqlarına və çoxvektorlu münasibətlərinə uyğun hərəkət etməyə üstünlük verir, hansı ki, bu, Aİ-nin siyasu kursuna fərqli yanaşmadır. Bunu Aİ rəsmisi Cosep Borellin sosial şəbəkə üzərindən göstərdiyi xoşagəlməz reaksiyalardan da görmək olur.

Mövzu ilə bağlı ekspertlər öz fikirlərini Ednews-a bölüşüb.

Ukrayna Ali Radasının deputatı Aleksandr Mareyko hesab edir ki, Orbanın Moskva və Pekinə səfərləri Macarıstanın Aİ-yə sədrliyindən açıq şəkildə sui-istifadə etməsi deməkdir:

Screenshot_3.jpg

"Heç kim Orbana özündən başqasını təmsil etmək və hər hansı danışıqlar aparmaq səlahiyyəti verməyib. Bu, onun tərəfindən açıq-aşkar etik normaların pozulması, eyni zamanda başqa dövlətin daxili və xarici işlərinə qarışmamaq prinsipinin pozulmasıdır. Sadə və vacib bir prinsip var - onun iştirakı olmadan Ukrayna ilə bağlı heç bir qərar qəbul edilə bilməz. Orban bu prinsipi pozdu. Göründüyü kimi, Orban bu səfərləri ilə Ukraynanın və dünyanın maraqlarına uyğun gəlməyən, özünün bəzi dar siyasi və ya iqtisadi maraqlarını güdür. İndi də Orbanın səfəri ilə əlaqədar olaraq Macarıstanın Aİ-yə sədrlik hüququndan məhrum edilməsi məsələsi müzakirə edilir".

Millət vəkili söylədi ki, sülh Orbanın səfərlərindən deyil, Ukraynanı lazımi silahlarla təmin etməkdən və rus təcavüzkarına qarşı sanksiyalardan asılıdır:

"Ümumiyyətlə, Orban liberal demokratiyanın əleyhdarı və ona əks olaraq avtoritar rejimlərin tərəfdarıdır. Onun dəyərləri Avropa dəyərlərinə ziddir. Ona görə də Macarıstanın Aİ və NATO-dan çıxarılması məsələsi çoxdan gecikib. Orban Putinin müttəfiqidir, ona görə də onun sülh nizamlanmasında iştirakından söhbət gedə bilməz. Sülh Orbanın səfərlərindən deyil, Ukraynanı lazımi silahlarla təmin etməkdən və rus təcavüzkarına qarşı sanksiyalardan asılıdır".

Ankasam-ın Beynəlxalq Əlaqələr Mütəxəssisi Göktuğ Çalışkan isə Ukraynalı deputatın əksinə hesab edir ki, Orbanın Kiyev, Moskva və Pekinə səfərləri potensial olaraq Ukrayna-Rusiya münaqişəsinin həllində mühüm rol oynaya bilər:

whatsapp_image_2023-04-10_at_140124.jpg

"O, Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə atəşkəsə çağırıb və sülh danışıqlarını sürətləndirməyi təklif edib. Moskvada Vladimir Putinlə atəşkəs və sülh danışıqları ilə bağlı açıq müzakirələr aparılıb. Orbanın Pekinə səfəri Ukrayna-Rusiya münaqişəsində Çinin rolunun dəyərləndirilməsi baxımından da əhəmiyyətli olub. Bu səfərlər Orbanın çoxvektorlu xarici siyasət yanaşmasına uyğundur və bunu həm Avropa, həm də Rusiya ilə münasibətlərini balanslaşdırmaq cəhdi kimi də qiymətləndirilə bilər".

O, həm də bildirdi ki, Orbanın dövlət maraqlarına uyğun davranması və müxtəlif güc mərkəzləri ilə əlaqələr qurması Aİ-nin ənənəvi xarici siyasət xəttindən kənara çıxması kimi qiymətləndirilə bilər:

"Orbanın bu səfərlərini Avropa İttifaqında diplomatik yeniliklərin göstəricisi kimi qiymətləndirmək olar. Orbanın dövlət maraqlarına uyğun davranması və müxtəlif güc mərkəzləri ilə əlaqələr qurması Aİ-nin ənənəvi xarici siyasət xəttindən kənara çıxması kimi qiymətləndirilə bilər. Bu vəziyyət Aİ daxilində yeni diplomatik dinamika yarada və Orbanın Aİ-nin xarici siyasət strategiyalarına yeni perspektiv gətirə biləcəyini göstərə bilər. Xüsusən də Macarıstanın AB müddətinə sədrliyini üzərinə götürdüyü bu dövrdə Orbanın çoxvektorlu münasibətlərə uyğun hərəkəti AB siyasət kursuna yeni bir ölçü əlavə edə bilər".

Ekspert nəzərə çatdırıb ki, Orbanın hədəfi həm Qərb, həm də Şərqlə balanslaşdırılmış əlaqələr quraraq ölkəsinin maraqlarını maksimum dərəcədə artırmaqdır, nəinki bunu azaltmaq.

Orbanın çoxvektorlu xarici siyasət yanaşması dövlət maraqlarını ön planda tutaraq hərəkət etməsi ilə tanınır. Bu yanaşma Avropa Birliyinin daha ənənəvi və birtərəfli diplomatiyasından fərqlənir. Orban həm Qərb, həm də Şərqlə balanslaşdırılmış əlaqələr quraraq ölkəsinin maraqlarını maksimum dərəcədə artırmağı hədəfləyir. Bu, Aİ daxilində yeni və innovativ diplomatik münasibət kimi qiymətləndirilə bilər. Orbanın müxtəlif güc mərkəzləri ilə əlaqələri Aİ-nin xarici siyasət strategiyalarını şaxələndirə və yeni diplomatik təşəbbüslərə yol aça bilər".

Əkbər Novruz

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
Hamısı