“Ulu Öndər Heydər Əliyevin kinematoqrafiyaya böyük töhfələri olub. Biz bir yerdə, ailə içində film seyr etməyi də çox sevirdik. Ad günlərində, bayramlarda toplaşanda televizorda gedən filmlərə bir yerdə baxırdıq. Ulu Öndərimizin zamanında çox dəyərli filmlər çəkilib. “Nəsimi”, “Babək”, “Nizami” və.s. Zaman-zaman Ulu Öndər o filmlər haqqında xatirələrini danışırdı”.
Bu sözləri Ednews TV-yə müsahibəsində rəssam-modelyer, əməkdar incəsənət xadimi Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyə Xələfova deyib.
Onun sözlərinə görə, “Nəsimi” filmi çəkilən zaman Heydər Əliyevə namizədlərin şəkillər təqdim edilib. Baş rola çəkilən aktyorun xüsusi keyfiyyətlərə malik olmasını istəyib və göstərilən namizədlərin şəkilləri ürəyincə olmayıb:
“Ulu Öndər rejissorlara şərt qoyub ki, “Nəsimi” filminə çəkilən aktyor məndən ucaboy olmalıdır. Daha sonra Xalq artistimiz, böyük sənətkarımız Rasim Balayev filmdə baş rola təsdiq edilmişdir”.
Ətraflı video süjetdən izləyə bilərsiniz.