"Gələcəkdə övladlarımın Azərbaycanda təhsil almasını istəyirəm".
Bu sözləri "EdnewsTV"yə müsahibəsində “Əl-Cəzirə” Media Şəbəkəsinin İnsan Hüquqları və İctimai Azadlıqlar departamentinin rəhbəri Sami Əlhac söyləyib:
"Mən ötən gün Bakıda ADA Universitetini ziyarət etdim, hər şey, hər kəs çox səliqəli idi, binalar da çox gözəl idi, Allah qoysa, gələcəkdə uşaqlarımı bu universitetə göndərmək fikrindəyəm. Hesab edirəm ki, təhsil, gənclərin öz və ölkələri üçün nail olmaq istədikləri hədəflər naminə çox önəmlidir. Azərbaycanın maddi , mədəni və tarixi baxımdan çox yüksək imkanlara, sərvətlərə malikdir və bunun vəsitəsi ilə ölkəniz dünyada müstəsna iz sahibi ola bilər" - deyə o, bildirib.
Əkbər Novruz