"Umud Mirzəyev beynəlxalq konfranslarda Azərbaycan haqqında qürurla danışır".
“Əl-Cəzirə” Media Şəbəkəsinin İnsan Hüquqları və İctimai Azadlıqlar departamentinin rəhbəri Sami Əlhac bu sözləri Ednews - a müsahibəsi zamanı söləyib.
"Umud, mənim üçün bir qardaşdır, mən onda sədaqət və bir çox başqa xüsusiyyətlər tapdım. O, Əl-Cəzirənin qarşılaşdığı bir çox problemi asanlaşdırdı. Mən ona ilhamverici bir şəxs kimi baxıram. O, hər kəsə kömək etməyi sevir, Azərbaycanı sevir, ölkəsinin hər zaman ön planda olması istəyir. Umud iştirak etdiyi bütün xarici konfranslarda Azərbaycan haqqında danışarkən qürurla danışır. Ona görə də hesab edirəm ki, Uca Allah bu böyük şəxsiyyəti tanımağı mənə lütf edib".
Əkbər Novruz