"Peşə və ixtisas seçimini abituriyentlər deyil, digər şərtlər müəyyən edir"

Müsahibələr 14:23 09.12.2024

Azərbaycan təhsil sistemində xeyli problemlər var və bunun həlli ciddi islahatlar tələb edir. Məsələ burasındadır ki, təhsil iqtisadi sistemə uyğun qurulmalıdır. Bizdə isə hələ də eksperimentlər aparılır və ciddi nəticələr əldə olunmayıb. Bəzi peşələrə marağın azalması, bəzi peşələrin arxa plana keçməsinin müxtəlif səbəbləri var.

Təhsil üzrə ekspert Nadir İsrafilov KONKRET.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

-Hazırda ölkənin  təhsil sistemində ciddi çatışmazlıqlar mövcuddur. Tez-tez yeniliklər aparılır və bu da ənənvi təhsilə hələlik xeyir gətirmir. Nə baş verir?

-Nə qədər ki, tələb-təklif prinsipi və təyinat sistemi bərpa edilməyəcək,  vəziyyət eynilə davam edəcək. “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” ümummilli lider Heydər Əliyevin belə bir müdrik tövsiyəsinə əsaslanırdı ki, “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bütün sahələrdə dəyişikliklər təkamül xarakteri daşıyır”. Məhz, bu tövsiyə əsasında “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın məqsədi – “Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” kimi müəyyənləşdirilmişdi. Təəssüf ki, “Proqram”ın qəbulundan keçən son onilliklər ərzində obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsinə zəmin yarada biləcək bu mühüm müddəalara lazımi əhəmiyyət vermədik. “Xarici təcrübə” axtarışına çıxaraq, harda nə gördük, nə eşitdik, nə oxuduq, yerli şəraitin tələbləri nəzərə alınmadan, ümumi ictimai rəy öyrənilmədən təhsilimizə tətbiq etdik. Bir çox hallarda nəzərə almadıq ki, yenilik etmək heç də köhnəni dağıtmaq yox, onu təkmilləşdirməkdir. Halbuki, bizdə tələb-təklif prinsipi əsasında təyinat sistemi mövcud idi. Tələbata uyğun hazırlanan kadrlar təyinatı üzrə yerlərə göndərilir, ixtisasına müvafiq işlə təmin olunurdular.

-İndi maraqlı ənənə formalaşıb. Əksər hallarda ixtisas seçimində abituriyent deyil, valideyn əsas rol oynayır. Valideynlər övladlarını onların  marağına uyğun olmayan sahələrə yönəldirlər. Bu da müəyyən problemlər yaradır...

- İndi bu vacib prinsiplərə etinasızlıq və biganəlik var. İxtisas seçimini abituriyentin istək və arzusuna deyil, valideynin diktəsinə, onun topladığı “balın kəramətinə” tabe etdirmişik. İxtisas seçimini o qədər qəlizləşdirmişik ki, 150-200 bal toplayan məzun ali məktəbə daxil ola bilir, 450, 500 bal toplayan kənarda qalır, düzgün seçim edə bilməməsi ucbatından, ödənişsizə düşməli olan ödənişliyə düşür. Paytaxtda qalmalı, regiona getməli olan paytaxtda qalır.  Bu gün rayon və kəndlərdə yaşayan abituriyentlərin bir çoxunun Bakıya köçmək və yeni həyata başlamaq üçün tələbə adını qazanmağa can atması, bəzilərinin isə “təki harasa qəbul olum və tələbə bileti alım” deyə seçim etməsi artıq reallığa çevrilib. Təsadüfi deyil ki, ali təhsil müəssisələrinə qəbul sistemində problemlər olduğunu bir müddət əvvəl nazir də dilə gətirərək deyib ki, “abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyənlər  həkim olur.

-Bu gün gənclər ixtisas seçimində çətinlik çəkir, yiyələndikləri peşələr üzrə iş tapmaqda problemlərlə üzləşirlər. Bunun səbəbi nədir?

– Çünki, təlabata uyğun iş yerləri yoxdur. Universitet məzunlarının bir hissəsi ya oxuduqları sahədən çox fərqli sahələrdə işləməli olur, ya da bir çoxu işsiz qalır. Universiteti bitirən gənc işləmək üçün hansı iş yerinə üz tutsa, işəgötürən tərəfindən ondan iş təcrübəsi tələb olunur. Heç kəsi  maraqlandırmır ki, universiteti yenicə bitirdiyi halda o harada təcrübə qazana bilər? Nəticədə, əksər iş yerləri gənclərin üzünə bağlanır. Gənclər arasında işsizlik probleminin ən əsas və başlıca səbəbi, işçi qüvvəsi ilə iş yerləri arasında olan tərs mütənasiblikdir. Tələb-təklif mexanizmi işləmir, tələbata uyğun  kadrlar hazırlanıb, təyinat üzrə yerlərə göndərilmir. Situasiyanı əslində əmək bazarı diktə edir. Başqa sözlə, dəyər və tələblər dəyişib, digər məsələlərdə olduğu kimi, işlə təmin olunmaq da bazar iqtisadiyyatının prinsiplərinə tabe etdirilib. İxtisasına müvafiq iş tapmaq üçün nəinki bakalavriatı, heç təhsilin ikinci pilləsi olan magistratura pilləsini bitirmək də kifayət etmir. İşə götürənləri nəzəri biliklər deyil, əsasən praktiki bacarıqlar və digər hamıya məlum meyarlar daha çox maraqlandırır. Bunun üçün  əlavə kurslara baş vurmalı, müvafiq təlimlərə cəlb olunmalı, yenidən imtahan verməli, test azmış kimi, hələ bir müsabiqədən də keçməlisən. Universitetlərimiz isə öz yetirmələrinə praktiki bacarıqlar deyil, əsasən nəzəri biliklər verməklə öz işlərini bitmiş hesab edir və bir növ onların gələcək taleyində maraqlı olmadıqlarını nümayiş etdirirlər.

-Razılaşaq ki, özəl sektor daha hazırlıqlı, bacarıqlı gəncləri işə götürməyə üstünlük verir. Deməli, bu amillər iş yerlərinin sayını məhdudlaşdırır. Nəzərə alaq ki, tələbələrin heç də hamısı xarici dil öyrənmir və ya kompüter texnologiyalarını tam mənimsəmir. Bəs buna kim cavabdehdir?

- İş yerlərinin kasadlığı  əsasən, əvvəlki dövrlərlə müqayisədə zavod və fabriklərin, digər kütləvi iş yerlərinin məhdudluğu ilə əlaqədardır. Özəl şirkətlərin öz maraqları var. İşçidən imtina etmək üçün xarici dil bilməsi, lazımı iş təcrübəsinə malik olmaması və s. müxtəlif baryerlər yaradıb, əsaslı və əsasız səbəblər gətirə bilərlər. Bazar iqtisadiyyatıdır, rəqabətə davam gətirməlisən. Heç kəsə, heç nə deyə bilməzsən. Xaricdən dəvət olunan və xaricdə təhsil alanlara xüsusi yer ayrılması da yerli mütəxəssislərin işlə təminatına öz nəzərəçarpacaq təsirini göstərməmiş deyil. Xaricdən gələn və özümüzdən olan “xaricilərin” düşüncə tərzində və milli-mənəvi dəyərlərimizə baxışlarında fərqli yanaşma özünü daha  qabarıq və bariz şəkildə hiss etdirir.
– Bu gün elm və təhsil öz prioritet və strateji hədəflərinə deyil, əsasən biznez və kommersiya maraqlarına xidmət edir. Nə baş verir?

– Günümüzdə “tiktokerlər”, “bloqerlər”, getdikcə özünə böyük auditoriya qazanan bəzi “fırıldaqçı” psixoloqlar, insan simasını eybəcərləşdirən “kosmetik cərrahlar daha böyük nüfuz sahibinə çevriliblər. Müqəddəs və şərəfli peşə sahibi olan müəllimlər, gözünün nurunu əridən bir çox alimlər, peşəkar, mühəndislər, arxitektorlar, aqronomlar, digər tanınmış ziyalılar isə cəmiyyətdə gedən bu deqradasiyanı sadəcə müşahidə edir. Nə qədər ki, sosial şəbəkələr özbaşına buraxılacaq, milli-mənəvi dəyərlərimizin aşınması da bir o qədər qaçılmaz olacaq. Vəziyyəti sabitləşdirmək üçün tələb-təklif prinsipi gözlənilməli, təyinat sistemi bərpa olunmalıdır. Universitetlərə qəbul onların plan yerlərinin doldurulmasına deyil, həmin sahəyə olan kadr ehtiyacına görə planlaşdırılmalıdır. Tələbələrin nəzəri biliklər əldə etməsi ilə yanaşı, onların təcrübə qazanması məqsədilə universitetlərin müvafiq istehsalat müəssisələri ilə əlaqələri genişləndirilməli, şərtlər və müvafiq tələbələr qabaqcadan həmin müəssisələrdə istehsalat təcrübələri qazanmalı, məzunların gələcək iş yerləri həmin müəssisələrlə qabaqcadan proqnozlaşdırılmalıdır.

 -Kollecləri bitirənlərdən bakalavr, bakalavriatı bitirənlərdən magistratura təhsili tələb edirik. Texniki peşə təhsilini isə, özümüzə sığışdırmırıq. Biz daha çox ali təhsilə meyilliyik, nəinki peşə təhsilinə. Bəlkə bütün problemlərin başında dayanan məhz bu səbəbdir?

-Bu, bəlkə də, mentalitetimizlə bağlı olan bir məsələdir. Çünki, hər valideyn öz övladını ali təhsilli, daha dəqiq desək, ali təhsil diplomlusu kimi görmək arzusundadır. Halbuki, bir vaxtlar  peşə təhsilinə böyük diqqət yetirilib. Peşə adamlarının şərəfinə mahnılar bəstələnib, şeirlər qoşulub, sadə peşə adamları –  pambıqçılar, neftçilər, mexanizatorlar bizim ən nüfuzlu dövlət qurumlarında təmsil olunublar, onların səsi yüksək tribunalarından eşidilib. Ən əlamətdar tədbirlərimiz onların iştirakı olmadan keçirilməyib. Peşə təhsilinin keyfiyyətini artırmaq təkcə peşə məktəblərinin sayının artırılması ilə olmur. Unutmayaq ki, Almaniya, Yaponiya, Koreya kimi ölkələr məhz yüksək inkişafa peşə-ixtisas səviyyəsini artırmaqla nail olublar. Halbuki, iqtisadiyyatımızda müəyyən peşələr üzrə ixtisaslı kadrlara ciddi tələbat var. Ona görə də, Azərbaycanda peşə təhsili sahəsində maddi-texniki baza gücləndirilməli, dövrün tələblərinə cavab verən ixtisaslı kadrlar hazırlanmalı, müvafiq iş yerləri açılmalıdır. Dövr tələb edir ki, peşə-ixtisas məsələsi öndə olmalıdır. Nə qədər ki, sadə peşə sahiblərinə lazımı diqqət və qayğı göstərilməyəcək, peşələrə istənilən maraq da bəslənilməyəcək. Peşə adamlarının stimullaşdırılması yolları barədə düşünməliyik. Bu gün Millət vəkilləri arasında bir nəfər belə olsun sadə peşə adamı yoxdur.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
ABŞ Quamda B-2 strateji bombardmançılarını yerləşdirir
20:13 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
"Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək"
10:15 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
Hamısı