“Mənimlə işləyənlər “olmaz” əvəzinə “necə etmək olar?” deyirlər” - MÜSAHİBƏ

Müsahibələr 09:47 09.01.2025

Onunla işləyənlərin də bir müddət sonra artıq o yanaşmanı tətbiq etməyə çalışdıqlarını bildirir. Deyir ki, “xeyr” demək asandır, amma biznes adamı bu zaman itirir. “Hə” deyib mümkün etmək yollarına fokuslanmağın tərəfdarıdır. Bu, onun təcrübəsində uğurla nəticələnib.

Söhbət “Kitchen Plus” restoranının və “Consept Catering” ketrinq şirkətinin təsisçisi Kamran Məşədiyevdən gedir. Valyuta.az-ın qonağı olan K.Məşədiyev biznes həyatı ilə bağlı keçdiyi yol, hazırkı biznesi və restoran sektoru ilə bağlı suallarımızı cavablandırıb.

- Kamran bəy, bakalavr təhsilini Türkiyədə kompüter mühəndisliyi üzrə alsanız da, karyeranız biznes yönündə olub. Bu dəyişiklik necə getdi?

- Çünki tələbə vaxtından biznes fəaliyyətimiz başladı. Bəlkə də məndə mühəndislikdən çox ticarətə meyillilik var idi, ona görə belə dəyişiklik getdi. O zamanın şərtlərinə uyğun olaraq fərqli istiqamətdə ticarət işləri görürdük. Türkiyədə idxal-ixracla məşğul olurduq. Elektronika, tekstil, avtomobil hissələri və s. sahələrdən söhbət gedir.

- “Görürdük”, “Olurduq” kimi cəm şəklində danışırsınız.

- Ümumilikdə, “olduq” deyə danışacam. Çünki həm kimlərləsə ortaqlıqlarımız olub, həm də işin böyük hissəsində komandanın önəmi böyükdür.

- Sizi biznesə ətrafınız yönəldirdi, yoxsa siz ətrafdakıları cəlb edirdiniz?

- Daha çox mən həvəsli idim.

“Türkiyədəki ən yaxşı ətir markalarını Azərbaycana gətirirdik”
- Tələbə vaxtı ticarətdən qazancınız necə idi?

- Birincisi, ticarət elədir ki, ilk vaxtlarda çox qazanılmır. Zamanla qazanc artır. İkincisi də, tələbə vaxtı dərslərimə təsir etməyəcək şəkildə məşğul olurdum. Əsas ticarət dönəmim universitet bitəndən - 1998-ci ildən sonra başladı. 2003-cü ilə qədər Türkiyədə bizneslə məşğul olduq, sonra Azərbaycana qayıtdıq.

- Azərbaycana dönmə səbəbiniz nə oldu?

- Bir istiqamətimiz də Türkiyədən Azərbaycana ixrac idi. O zamanın Türkiyədə ən yaxşı ətir markalarını Azərbaycana gətirirdik. Sonra elə Azərbaycanda kosmetika sektorunda aktiv fəaliyyətə başladıq, “Yar Cosmetics”i qurduq. Türkiyədəki firmalarla başlasaq da, sonra İngiltərə, İtaliya, Fransa, Almaniya və s. ölkələrdən məhsul idxal edib. Azərbaycanda paylanmasını həyata keçirirdik. O şirkətdə ortağım var idi, tək deyildim. 7 illik kosmetika sektorunda fəaliyyətimiz oldu.

- Necə 7 il idi?

- Bizdən əvvəl bazarda onlarla marka olsa da, markalaşma yoluna getməmişdilər. Sadəcə olaraq məhsulu Azərbaycana gətirib dağıtımı ilə məşğul idilər. Biz o zaman parfüm sektorunda Azərbaycanda ən böyük marketinq büdcəsi xərcləyən şirkət olduq. “Caldion”, “Jagler” və “She” ətirləri ilə davam etdik. Bizdən sonra sektor marketinqə ciddi büdcələr ayırmağa başladı.

- “Yar cosmetics”in dönəmində “Mado”nu Azərbaycana gətirdiniz və zamanla kosmetika sektorundan uzaqlaşdınız. Fərqli sektor olsa da, burada da uğurlu oldunuz. Səbəb nə idi?

- Kosmetika sektorunda olsaq da, qida sektorunda topdan satışa keçməyi düşünürdük. Sektor dəyişikliyi olsa da, uğura gəlincə, eyni yanaşmanı tətbiq etdik. Kosmetika sektorunda idxal zamanı biz öz ölkəsinin birinci şirkətlərilə çalışırdıq. Minimum ikinci ola bilərdi, sonrası avantajlı deyil. Qida sektoruna keçəndə də, Türkiyədə fərqli sferada öz sahəsində lider olan bir neçə firma ilə görüşdük. Daha çox istehsalçılar idi. Onların Azərbaycanda topdan satışını etməyi düşünürdük. Bir dəfə yolda gedərkən tələbə vaxtı oturmağı xəyal etdiyimiz “Mado”nu gördüm. O vaxt “Mado”da çay içmək tələbə üçün bahalı gəlirdi. “Mado”nu Azərbaycana gətirmək fikri ağlımıza gəldi, ortaqla bir yerdə qərar verdik və 1,5 il danışıqlardan sonra razılıq əldə olundu.

- “Mado”nun binasının tikintisi zamanı demisiniz ki, inşaat işləri bitəndən sonra oturub rahat çayımızı içərdik. Restoran açılandan sonra görmüsünüz ki, iş hələ indi başlayır.

- Çox vaxt restoran sferası kənardan zövqlü iş kimi görünür. Oturacağıq, çayımızı, kofemizi içib qonağımızı qəbul edəcəyik və s. Biz də o vaxt elə görürdük. İnşaat bitəndən sonra məlum oldu ki, iş hələ indi başlayır (Gülür). İlk “Mado” Rus dram Teatrının yanında açıldı və 5-6 il ərzində şəhərdə “Mado” sayı 4-5 oldu. 7 illik də “Mado” dönəmim oldu. Orda da ortaqlığımız var idi, 2017-ci ildə hissəmi satıb ayrıldım.

“Mado”nu gətirəndə, 34 yaşda idik, indi 46-48 yaşdayıq”
- Bir müddət fərqli sektora getsəniz də, yenidən restoran işinə dönürsünüz...

- “Mado”dan sonra 1,5 il ABŞ-da bəzi işlər planlaşdırırdıq, onlarla məşğul olduq. Ardınca Azərbaycanda 5-6 illik konsultasiya fəaliyyətimiz oldu. Sonra restoran sektoruna qayıtmaq qərarı vermişdik. Qida sahəsinə keçirdiksə, yeni komanda formalaşmalı idi. Başlanğıcı 2,5 il öncə ketrinq şirkəti – “Consept Catering”i qurmaqla etdik. Kiçik bir nöqtədən başladıq, bir komanda formalaşdırdıq. 5-6 ay sonra “Kitchen Plus”u qurduq. “Kitchen Plus”a restorandan çox ketrinq xidmətinin təqdim olunduğu “Show room” kimi baxıram.

- Restoran bizneslərinin çoxu yeni açılanda yaxşı olur, 5-6 ay sonra eyni xidməti görmürük.

- Restorançılıq ən çətin biznes növlərindəndir. Bizdə əksinə, əvvəl xətalarla başlayıb, sonra daha yaxşı vəziyyətə gətirməyə çalışmışıq.

- Sizin restoranla bağlı müsbət rəylər aldım. Bir dostumuz dedi ki, başqa yerdə oturmuşduq, bəyənmədik, dedim “Kitchen Plus”a gedək, yeməkləri təzədir, ab-hava yaxşıdır. Bu gün davamlı yaxşı xidmət veriləcək restoran qurmaq necədir?

- Restoran işinə başlayanda, ilk olaraq konseptin nə olduğunu bilməli və bunu müştəriyə çatdıracaq komanda formalaşdırmalısan. İş mərkəzinin altında yerləşirdik. Konseptimiz iş dünyasınında olan şəxslərin səhər, günorta və axşam yeməyində toplantı edə, görüşə biləcəyi bir ortam təqdim etmək idi. O insanların həm də ailəsi, dostları ilə gələcəkləri yer olsun. Birinci günorta yeməyi ilə başladıq, sonra açıq bufet səhər yeməyi etdik. Sonra zamanla xidmətlərimizi genişləndirdik. Bunları etmək üçün də uyğun komanda topladıq. Bilirsiniz, bu işdə xırda nüanslar belə önəmlidir. Bizə əvvəlki yerdə kruasanda istədiyimiz keyfiyyəti almaq üçün 6 ay zaman lazım oldu. Bəlkə 10 şeflə işləmişdim. İstədiyim kruasanı və davamlılığı ala bilmirdim. Doğru insanı tapana qədər zaman keçir. Bu gün Azərbaycanda ən yaxşı kruasan hazırlayan yoldaşlardandır. Xammalı, prosesi və s. dəyişə-dəyişə sonda istədiyimizi almışdıq.

- “Mado” ilə “Kitchen Plus” obrazı fərqlidir.

- (Gülür) İstər-istəməz yaşımıza, istəyimizə uyğun konsept düzəldirik. “Mado”nu gətirəndə, 34 yaşda idik, indi 46-48 yaşdayıq. 34 yaşda daha dinamik yerlər istəyərkən, bəlli yaşdan sonra daha sakit, zövqümüzə uyğun yeyə biləcəyimiz və yaxşı xidmət alacağımız ortama ehtiyac var idi.

- Konsultant olaraq sahibkarlar üçün restoranın qurulub təhvil verilməsini də həyata keçirirsiniz. İndiyə qədər neçə restoranı qurmusunuz?

- Sayı yadımda deyil, amma 10-dan çoxdur. Biz daha çox marka formalaşdırmaq üzərinə fokuslanırıq.

“Mənimlə işləyəndən sonra “olmaz”ın əvəzinə “necə olar?” deyirlər”
- Ətrafınızın geniş olmasının biznesinizin uğurunda önəmi nə dərəcədədir?

- Netvörkinq başlamaq üçün yaxşıdır, amma uzun dönəm netvörkinqlə davam etmək doğru deyil. Bura bir klub deyil ki, ancaq dost-tanışla olsun. Biznes hər kəsin istifadə edəcəyi hala gəlməlidir.

- Komanda toplamaq necə oldu?

- Konseptə uyğun komanda formalaşdırmaq 1-1,5 il zaman alır. İndiyə qədər 6 administrator gəlib-gedib. Çünki onların yanaşması ilə bizim tələblər üst-üstə düşməyə bilir. Mənə görə, pis əməkdaş yoxdur. Doğru, sizə uyğun əməkdaşları tapıb bərabər iş birliyi formalaşdırmağa ehtiyac var. Bəlkə yaxşı əməkdaşdır, amma sizinlə çalışa bilmir.

- Henri Ford “Həyatım və işim” kitabında deyir ki, ekspert olan işçiləri işə götürmür, çünki onlar mümkünsüzləri bilirlər. Hər idarəçinin yanaşması fərqli ola bilər. Sizin yanaşmanız necədir?

- İşçiləri potensiallı və təcrübəli deyə iki yerə bölərdim. Henri Fordun yanaşması odur ki, çox təcrübəli adamların artıq təcrübələri əsasında öz olar-olmazları var. Onun xaricinə çıxmağa çalışmırlar. Potensiallı işçilər isə istənilən dəyişimə uyğunlaşa bilirlər. Bizim yanaşmamız odur ki, hər ikisinə də ehtiyac var. Təcrübəli insanlar uçurumdan qoruyur, potensiallı insanlar isə şirkəti irəli aparmağa kömək edir. İşi qurarkən təcrübəli əməkdaşlara ehtiyac var. Zaman içərisində təcrübəli insanların yanında potensiallı işçiləri cəlb edirik. Potensiallı insanlar işi təcrübəlilərdən öyrənirlər, amma sizin istiqamətinizə uyğun olaraq dəyişirlər. Təcrübəli insanların içərisində də sərhədləri çox olmayanlara üstünlük veririk.

- O fikirdəsiniz ki, təcrübəli işçilərin “olmaz”ları çox olur?

- (Gülür) Əvvəllərdə “olmaz” sözünü istifadə edən şəxslər mənimlə işləyəndən sonra “olmaz”ın əvəzinə “necə olar?” deyirlər. Məndə “olmaz” yoxdur, sadəcə necə etməyin yolunu tapmaq lazımdır.

- Məsələn, nəyə “olmaz” demək olardı, amma siz biznesdə bunu etdiniz?

- Baxın, biz “Kitchen Plus”da açıq bufet səhər yeməyi vermək söhbətində potensiallı yoldaşlar əvvəllər bu cür təcrübələri olmadıqları halda bunu etdilər. İlk günlərdə səhvlər ola bilər, amma 2,3,4 və 5-cü gün daha mükəmməl formada getdi. Sonra limitsiz kabab verdik. Necə limitsiz kabab olar? - söhbəti də ağır mövzu idi, amma əməkdaşlar onu tətbiq etdilər. Azərbaycana ciddi şəkildə səs gətirdi. Sonra limitsiz dəniz məhsulları, limitsiz Meksika günləri və s. etdik. Sıfırdan qurulan marka üçün yaxşı idi. O günlər üçün bir gün əvvəldən yerimiz dolurdu. Amma əvvəldən demək olardı ki, müştəri tapmaq çətin olacaq, sərfəli olmayacaq və s.

“Son dönəmlərə qədər bütün işlərdə ortaqlı davam etmişəm”
- Yeməkləriniz və məhsullarınızın keyfiyyəti ilə bağlı həssas olduğunuz məsələlər varmı?

- İki mövzuya - keyfiyyətinə və hallalığına xüsusi diqqət edirik. İçki vermirik. Bəlkə dezavantaj kimi görünsə də, bizim xəttimizdir. Azərbaycan qanunvericiliyinə uyğun olan sertifikatlaşmış məhsullar istifadə edirik. Qarşılaşdıracağımız məhsullar içərisindən daha keyfiyyətli olanı seçirik. Durmadan mətbəxə alternativləri daxil etməməyə çalışırıq. Keyfiyyətinə əmin olduğumuz markalarla davamlı işləməyi üstün tuturuq.

Mənbə: Valyuta.az

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Hamısı