“Məsələ Avropa İttifaqının bizi tam üzv olaraq qəbul edib-etməməsinin xaricindədir” Mətin Feyzioğlu-eksklüziv

Müsahibələr 09:30 26.11.2016

Türkiyə Vəkillər Birliyinin Sədri (Türkiyə Barolar Birliyi), Cəza Hüququ üzrə professor, vəkil Mətin Feyzioğlu Türkiyədəki aktual proseslərə dair “Eurasia Diary”yə müsahibə verib.

 Eurasia Diary: Türkiyə-Avropa İttifaqı  münasibətləri son günlərdə gərginləşir.  Bununla  bağlı sizin fikirləriniz  necədir?

 Mətin Feyzioğlu: Türkiyə 19-cu əsrin əvvəlindən bu yana müasirləşmə yolunda irəliləyən bir ölkədir. Bu gün Avropa Şurasının qurucu üzvüyük, Avropa İnsan Haqları Konvensiyasının (AİHS) tərəfdaşıyıq. Vətəndaşlarımız Türkiyəyə qarşı AİHS çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinə fərdi müraciət etmə haqqına sahibdir. Eyni zamanda NATO üzvüyük. Avropa Birliyinə də namizəd ölkəyik.

 Məsələ Avropa İttifaqının bizi tam üzv olaraq qəbul edib-etməməsinin  xaricindədir; Türkiyənin, plüralistik-iştirakçı demokratiyaya və qanunun aliliyi prinsipinin dünyəviləşmiş şərtlərinə nail olmaq üçün səy sərf etməyə davam edib-etməyəcəyindədir. Türkiyə  bu yolda çox önəmli bir məsafə qət etmişdir, ancaq qazanılmış mövqelər  səhv addımlar atılsa, Türkiyənin istiqaməti dəyişsə sürətlə itirilə bilər. Aİ üzvlüyü niyyətindən əl çəkmək radikal bir istiqamət dəyişikliyidir.

 Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinə baxdıqda  qüvvətlər ayrılığı, tərəfsiz-müstəqil-hesab verən məhkəmə, müstəqil və azad mətbuat kimi plüralistik-iştirakçı demokratiyanın əvəzolunmaz şərtlərində çarəsizlik  içində olduqlarını görürük. Bir sözlə bu təşkilat əvəzolunmaz  bir təşkilat deyil. Bu halda, Aİ-yə və üzv olduğumuz Avropa Şurasına üstünlük verəcəyimiz bir təşkilat deyil.

 Şübhəsiz, iqtisadi əməkdaşlıq edilməsi ayrı bir mövzudur. Digər tərəfdən, iqtisadi əməkdaşlığa silah və silah sistemlərinin qəbulu daxil edilərsə, bu NATO üzvlüyü ilə əlaqələndirəndə ayrı bir problem kimi qarşımıza çıxacaq. Çünki, sözügedən  Əməkdaşlıq Təşkilatının bəzi üzvləri ilə NATO ittifaqı əks  tərəfdə yerləşir.  

Eurasia Diary: Türkiyədə hakimiyyətin FETÖ-yə, Cumhuriyyet  qəzeti əməkdaşlarına və həbs olunan HDP-li siyasətçilərə qarşı apardığı mübarizənin hüquqi baxımından doğruları və yanlışları nələrdir?

 Mətin Feyzioğlu: F tipli  təşkilatın dövlətdən təmizlənməsi mütləq lazımdır. Bu təşkilatın hər mərhələdəki rəhbərinin də cəzalandırılması lazımdır. Cinayətkarla günahsızı bir-birindən ayırmağın məlum olan yeganə bir yolu var, o da ədalətli mühakimə etmədir. Ədalətli mühakimə üçün məhkəmələrin müstəqil, tərəfsiz, hesab verə bilən və heç şübhəsiz, ədalətə çıxış hüququnun olması lazımdır. Müdafiə hüququnu məhdudlaşdıraraq, vəkilləri sistemdən sıxışdırıb çıxarılaraq ədalətli mühakimə olmaz. Beləliklə, günahkar və günahsız bir-birindən ayrılmaz.

Bir qəzet müəllifinin və ya idarəçinin terror təşkilatıyla əlaqəli olduğuna dair dəliliniz varsa, çağır ədliyyəyə, lazım olanı hüquqa uyğun və şəffaf bir şəkildə edin. Əks halda bu edilənlər mətbuat azadlığına təcavüz şəklində şərh olunar.

Digər tərəfdən, HDP-nin  Məclisdə təmsil olunması çox vacib idi, ancaq HDP, təəssüf ki, PKK ilə arasında kifayət qədər məsafə qoymağı bacarmadı. Siyasəti silaha üstün etməkdə heç də uğurlu olmadı.

Eurasia Diary: Fövqəladə vəziyyət  ən çox nə qədər  davam edə bilər, hüquqa zidd olaraq uzanarsa nəticələri nə olacaq?

Mətin Feyzioğlu: Fövqəladə vəziyyət bir konstitusiya idarəçilik formasıdır, amma müvəqqətidir, ya da müvəqqəti olmasını gözləyirik.

Türkiyədə vəziyyət 15 İyul dövlət çevrilişinə cəhd səbəbiylə elan edilib. Ancaq bu gün fövqəladə vəziyyət  çevriliş  ilə mübarizə məqsədindən yayındırılaraq normal idarəetmə tərzinə çevrilib.

Hər məzhəbdən, hər dindən, hər inancdan, hər etnik kökdən, hər bir siyasi düşüncədən olan 79 milyon insanın yaşadığı bu nəhəng ölkənin bir adamın rejimi ilə idarə olunması mümkün deyil. Bu vəziyyət, Türkiyəni bir səsli qazanının içinə salıb, qapağını örtüb, siqnalının də üzərinə barmaq qoymaq anlamına gəlir. Türkiyənin idarə etməsinin  bu şəkildə davam etdirilməsi mümkün deyil. Elə bu səbəbdən də etdiyimiz xəbərdarlıqlar ölkəmizin, millətimizin mənfəəti üçündür.


Eurasia Diary, Səxavət Nəciyev

Tərcümə:Vüsalə Əlövsətqızı

 

 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı