Gələn həftə İrana hücum ehtimalı yüksəkdir və qarşıdakı yeddi gün ərzində İrana qarşı müharibə başlayacaq, İsrail əməliyyatın başlaması üçün vaxt təyin edib.
“EDnews” xəbər verir ki , bu barədə İordaniyanın “Əl-Təğyir” telekanalı məlumat yayıb.
“Məqsəd Tehran rejimini devirməkdir və bu rejimə son qoymaq üçün maksimum müddət 90 gün müəyyən edilib”, - telekanal əlavə edib.
Bildirilib ki, Birləşmiş Krallıq aviasiya və dəniz qüvvələri dəstəyi ilə hücumda iştirak edəcək.
Bununla yanaşı Amerika qüvvələrinin komandanı Maykl Korillanın hazırda İsraildə olduğu və hücuma rəhbərlik etmək üçün əməliyyat otağı yaratdığı qeyd olunub.
Xatırladaq ki, ötən gün İsrail Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşündə ABŞ Prezidenti Donald Tramp İranla birbaşa danışıqların başladığını bildirib.
Fatimə Mərdanlı // EDnews