Cənubi Koreyanın cənub-şərqində ölkə tarixinin ən dəhşətli meşə yanğınları nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
“EDnews” xəbər verir ki , bu barədə “Yonhap News Agency” məlumat yayıb.
Bundan əvvəl 26 nəfərin öldüyü bildirilirdi.
Meşə yanğınları nəticəsində 4 015 ev, 1 914 kənd təsərrüfatı və heyvandarlıq obyekti, 7 kilsə və 986 digər tikili zərər çəkib.
11 regionda təqribən 48 min hektar meşə sahəsi yanıb, nəticədə 3 307 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.
Fatimə Mərdanlı//EDnews