Gürcüstanda 3.6 bal gücündə zəlzələ baş verib.
“EDnews”un xəbərinə görə, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri paytaxt Tbilisidən 12 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı isə 24 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələnin hər hansı fəsada səbəb olub-olmaması ilə bağlı məlumat verilməyib.
Şəms Qasımlı // EDnews