Cenevrədə multikulturalizm və tolerantlığın Azərbaycan modelinə dair beynəlxalq konfrans keçirilib

Siyasət 19:45 08.11.2017
İsveçrənin Cenevrə şəhərində geniş qeyd olunan “Sülh həftəsi” çərçivəsində “Palais des Nations” sarayında yerləşən BMT ofisində keçirilən konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli digər ölkələr üçün nümunə kimi göstərilib. 7 noyabr tarixində təşkil olunan tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Cenevrədə yerləşən Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib. “Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın təcrübəsi" adlı konfransa müxtəlif diplomatik nümayəndəliklərin, QHT-lərin, elmi-tədqiqat qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri ilə birlikdə 70-dən artıq iştirakçı qatılıb.
 
Tədbirdə qeyd olunub ki, dini və etnik zəmində yaranan münaqişələrlə qarşılaşan müasir dünyanın getdikcə gərginləşən və qütbləşən təbiətini nəzərə alaraq, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın multikulturalizm modelindən nümunə kimi isifadə olunmalıdır. Ta qədim zamanlardan bəri azərbaycanlılar təbiətcə tolerant olub və hazırda multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Azərbaycan hökuməti digər təşkilatlarla yanaşı BMT-nin Mədəniyyətlərarası Alyansı (UNAOC), UNESCO və Avropa Şurasının  dəstəklədiyi Bakı Beynəlxalq Humanitar forumları və Mədəniyyətlərarası Dialoq üzrə dünya forumlarınının təşkilatçısı  olmuşdur.
 
Bakı, həmçinin Avropa Olimpiya Komitələrinin himayəsi altında keçirilmiş Bakı - 2015 Avropa Oyunları  və İslamiada-2017 İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq və çoxmədəniyyətli tədbirlərə ev sahibliyi etmişdir.
 
Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Beynəlxalq münasibətlər departamentinin direktoru Nicat Məmmədli əvvəlcə Azərbaycanın multikulturalizm və dinlərarası dialoqunu əks etdirən qısametrajlı film nümayiş etdirib. Daha sonra o, Florensiyada yerləşən Avropa Universitetinin professoru Roy Olivierdən sitat gətirərək deyib: “Bu gün Azərbaycan hələ də qarışıq məscidlərin olduğu, şiə və sünnilərin birlikdə ibadət etdiyi yeganə ölkədir.
 
Azərbaycanda dini tolerantlığın tarixi bizim eranın beşinci əsrinə gedib çıxır. Həmin vaxt yəhudilərə sığınacaq verilmiş, Zərdüştlük dövründən sonra xristianlıq Qafqaz Albaniyasının dövlət dini olmuşdur. Burada müsəlman azərbaycanlılar və xristian gürcülər birgə dualar edir. Dövlət dəstəyi ilə yeni yəhudi sinaqoqu və katolik kilsəsi inşa edilmişdir.
 
Azərbaycanda İslamın interpretasiyası sufizm üzərində qurulub ki, bu da sevgi, qardaşlıq və ümumi insanlıq ruhuna hörmət ehtiyacını vurğulayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə baxmayaraq, Bakıda yerləşən erməni kilsəsi hələ də yerindədir və Azərbaycan dövləti tərəfindən restavrasiya edilmişdir”, - deyə, Nicat Məmmədli qeyd edib. 
 
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter öz nitqində qeyd edib ki, dünyəviliyin Azərbaycan modeli və onun sülhpərvər dinlərarası dialoq təcrübəsi, xüsusilə qloballaşma və günümüzün təhlükəsizliyə dair qlobal risklər kontekstində, unikal və uğurlu bir model kimi nəzərdən keçirilməlidir.
 
Təmsil etdiyi təşkilatın Avropa və Azərbaycanda dini tolerantlıq və multikulturalizmə dair həyata keçirdiyi layihələr haqqında məlumat verən L.Zetter 2016-cı ildə “Dördgünlük müharibə” zamanı azad edilmiş Cocuq Mərcanlı qəsəbəsinə səfəri barədə danışıb. O, qəsəbənin yenidən qurulması üçün görülən işlərdən, insanların dogma yurdlarına böyük həvəslə qayıdışı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. 
 
O, daha sonra deyib: “Bu gün BMT-də bu mövzuda danışmaqdan şərəf duyuram. Amma unutmamalıyıq ki, BMT Təhlükəsizlik Şurası 24 il əvvəl erməni işğalını qınayan dörd qətnamə qəbul edib və bunlar hələ də yerinə yetirilməmişdir. Münaqişənin həll ediləcəyi təqdirdə, azərbaycanlılarla ermənilər yenidən yanaşı yaşaya bilərlər.”
 
Roma Sapienza Universitetinin tədqiqatçısı Dr. Daniel Pommier Vinçelli qeyd edib ki, Azərbaycan Demokratik Respublikasının (ADR) nümayəndələri beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması üçün yorulmadan çalışırdılar. O dövrdə Dağlıq Qarabağ Ermənistanın tərkibində deyildi.
 
Vinçellinin sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağın onun yurisdiksiyasına ”geri döndüyünü” bildirməyi yanlışdır. Bu vəziyyət 1960-cı illərin ortalarında Ermənistanda etnik milliyətçiliyin baş qaldırdığı zaman meydana çıxdı. Bu, 1980-ci illərin sonlarında, Sovet İttifaqının uçurumun kənarında dayandığı bilindikdə aydın oldu.
 
BMT-nin Parlamentlərarası İttifaqının (IPU) Parlament Nümayəndələri və Xarıcı Əlaqələr üzrə direktoru Anda Filip Bakıya səfəri zamanı zəngin tarixi keçmişə söykənən ənənə və müasirliyin vəhdət təşkil etməsindən təsirləndiyini bildirib. Diplomatın bildirdiyinə görə, Azərbaycanda müxtəlifliyə və bərabərliyə dərin hörmət vardır. Əhalinin bütün təbəqələri özlərini tam ifadə etmək hüququna malikdir və ayrıseçkilik aradan qaldırılmışdır. 
 
BMT-nin İnsan Hüquqları və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru Idris Jazairi 2017-ci ildə Bakıda keçirilən Beynəlxalq Humanitar Forum zamanı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirib.  Prezident qeyd edib ki, müxtəliflik təhlükədədir. Dünyada artmaqda olan ksenofobiya, diskriminasiya, irqçilik, islamofobiya və antisemitizm kimi meyllər çox təhlükəlidir. Dünya  siyasətçiləri bunlara çox böyük diqqətlə yanaşmalıdırlar. 
Idris Jazairi Azərbaycan Prezidentinin baxışlarına, 21-ci əsrdə ksenofobiya, fərqli fikir sahiblərinə qarşı dözümsüzlük və irqçilik üçün zəmin yaranmamalı kimi fikirlərə şərik çıxdığını dilə gətirib.
 
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. Müzakirələr zamanı Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq modelinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edə biləcək vasitə olduğu vurğulanıb. 
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Hamısı