Eurasia Diary xəbər verir ki, Sentyabrın 2-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
Şuranın iclasında sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində müzakirə ediləcək məsələlərə baxılıb.
Tədbirdə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının və digər türk institutlarının gələcək inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə Türk Akademiyasını, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sazişlər imzalanıb.
İclasda, həmçinin Macarıstana Türk Akademiyasında müşahidəçi statusu verilməsi ilə bağlı qərar da qəbul edilib.