“Siyasətlə məşqul oldunsa, boynuna kəfən geyinəsən” Rəsulzədənin nəvəsi

Siyasət 18:23 17.11.2019
“Babamın 3 evi var, amma bir muzeyi yoxdu…”

“O illərdə mən zirzəmidə yaşayırdım, amma necə də xoşbəxt idim. İndi ilə o vaxtın tələbləri tam fərqlidir”.

Eurasia Diary-nin məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının əməkdar rəssamı, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rais Rəsulzadə "BakuPost.az"a müsahibəsində deyib.
 
Deyirlər, incəsənət adamlarının fərqli dünyası olur. Bunu emalatxanaya daxil olduğum ilk andan etibarən hiss etmək mümkün olurdu. İncəsənət ruhuna hopmuş bu adamın daxili dünyasının fırçayla can verdiyi əsərlərinə heyranlıqla baxırdım. Bakını təsvir etdiyi əsərlərinə diqqətlə baxdığımı görüb gülümsədi: “Bakının öz koloriti var. Abşeron sərtdir, amma bu sərtlikdə gözəllik var” – deyə, əlavə etdi. Rəsmlərə baxdıqdan sonra daxili aləmi zəngin olan rəssamla söhbətimin də maraqlı olacağına inanırdım. Keşməkeşli həyatının müəyyən hissələrindən söz açandakövrəlsə də, incəsənətdən danışarkən nəyinki gözləri gülürdü…
 
– Vətəndən uzaqda – Qazaxıstanda doğulmusunuz. Uşaqlıq illərinizi necə xatırlayırsınız?
 
– Uşaqlıq illəri hamının gözəl, qayğısız dövrüdür. Mənim uşaqlığım isə sürgündə keçib. O illərdə mən ailəmizin və digər sürgünə göndərilənlərin necə əzab çəkdiklərinin şahidi olmuşam. Orada bizə münasibət fərqli idi. Bizim həyat tərzimiz, yaşam şərtlərimiz çox ağır olduğundan nənəmgil dəhşətli əziyyətlər çəkirdi. Lakin çalışırdılar ki, birtəhər bütün çətinlikləri dəf edib, ayaqda qalsınlar.
 
Sürgün həyatı ailəmiz üçün Gəncə türməsindən başlayıb. Əvvəlcə 1937-ci ilin noyabrında atam və anamın ailəsini oradakı türmədə həbs ediblər. Bir ay bizimkilər orda qalıb. Anamgilin ailəsini Naxçıvandan, atamgilin ailəsini isə Bakıdan həbs edib aparmışdılar. Bir aydan sonra isə hamısını bir vaqona yığıb dəmir yolu vasitəsilə Qazaxıstana sürgünə yollayıblar. Atam danışırdı ki, sürgün yolu 30 gündən çox çəkib. Yol boyu onlar xeyli çətinliklərlə qarşılaşıb.
 
Babamın analığı Maral xanım bu uzun yolda ən çox çətinlik çəkənlərdən olub. O mömin bir xanım olduğundan hər yerdə çörək yeyə bilmirdi. Yol boyu o, yalnız qəndi suya batırıb yeyər, su içərək ayaqda qalarmış. Həmçinin ağır yol çətinliyə dözməyib ölənlər də olurdu. Onları elə yolda basdırırdılar. Sonra artıq gəlib çıxırlar Aral gölü yaxınlığında Çolaq-Kurkan adlı ucqar bir yerə. Əvvəlcə ailəmizi orada bir məktəbdə yerləşdiriblər. Maral xanım uzun müddət yemək yemədiyinə görə burada artıq xəstəlik tapır. Həmin vaxt nənəm üzüyünü sataraq çörək, yemək alıb bişirib ki, ailə üzvləri yeyib ac qalmasın. Maral xanım da yemək yeyərkən artıq mədəsi qəbul etməyib. Atam danışırdı ki, orada sürgündə olan almaniyalı həkim vardı. O Maral xanımı müayinə etdikdən sonra artıq nə isə etmək üçün gec olduğunu bildirib. Rəsulzadənin analığı elə orda vəfat edib.
 
“Bütün hallarda heç bir yer sənə vətən kimi olmur. Bizim ailə sürgünün bütün əzablarını çəkib…”
 
Amma Maral xanım çox savadlı qadın idi. Həm də bilirsiniz ki, Stalin gənclik vaxtı M.Ə.Rəsulzadənin Bakıdakı evinə gəlib gedərdi. Ona görə də vəfatından əvvəl onun adına məktub yazıb, sürgündə qaldıqları yeri dəyişmək istədiklərini bildirib. Atamgilə demişdilər ki, Cənubi Qazaxıstanın indiki Almata vilayətində şərait bura nisbətən daha yaxşıdır. Orada insanlar çuğundur becərən savxozlarda, şəkər zavodu, alma bağı, tarla və s. kimi yerlərdə işləyirdilər. Böyüklərlə yanaşı biz də ağır işlərdə iştirak edirdik. Atam sürgünə gedərkən rəssamlıq məktəbini yeni bitirmişdi, yaxşı da idmançı idi. Ona görə məktəbdə həm idman, həm də rəsmxət dərsindən müəllimlik edirdi. Amma rəssamlığını da davam edirdi. Yaşadığımız yerdə ondan qəşəng portret çəkən yox idi. Biz uşaq olsaqda müəyyən məhdudiyyətlər olduğunu hiss edirdik. Qaldığımız ərazi təbiətcə gözəl yer idi. Çin də çox uzaqda deyildi. İri çayları olan, gözəl yerlər idi. Qazaxlar köç edəndə maraqlı görüntü yaranardı. Uzun bir köç saatlarla keçib gedərdi.
 
 
– Nə zamandan şəkil çəkməyə başladınız? Sizi rəssam olmağa cəlb edən nə idi?
 
– Şəkil çəkməyə uşaqlıqdan başlamışam. Doğrudur, adam uşaq olanda çox şey olmaq istəyir. Amma mən heç vaxt şəkil çəkdiyim albomu yerə qoymamışam. Mənə elə gəlirdi ki, bundan başqa nə ilə məşğul olmaq olar? Mənə asan gəlirdi. Məktəbə təzə gedirdim, yeni il şənliklərində bütün məktəbin rəsmlərini mənə çəkdirərdilər. Ümumilikdə götürəndə isə, ən çox atamın əsərlərindən öyrənmişəm sənəti. Mənzərə çəkməyə bir yerdə gedərdik. Atam Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə ilə bir yerdə oxumuşdu. Çox istedadlı rəssam idi. Əvvəllər mənim şəkil çəkməyimə yuxarıdan aşağı baxırdı, sonra artıq biz həmkar olduq. Elə anlar olurdu ki, rəsmləri barədə məndən fikir alırdı. Qazaxıstanda olanda SSRİ Xalq Universitetində rəssamlıq fakultəsinə qəbul oldum. 9-1-ci sinifləri həm məktəbdə, həm də orda təhsil alırdım. O mənə çox böyük təkan verdi. Eyni zamanda atamda rəssam idi deyə, həvəsim vardı.
 
 
– Necə oldu ki, Bakıya gəlmək qərarına gəldiniz?
 
– Atam deyərdi ki, “mən 17 yaşımda uçmaq istəyəndə, qanadlarımı kəsdilər”. O burdan sürgün olunanada, bütün rəssam dostlarından uzaq düşdü. Amma çox geri qalmasın deyə o vaxtlar SSRİ miqyasinda çıxan jurnalları oxuyurdu, izləyir, həm də sərgilərdə iştirak edərdi. Mənim də arzum idi ki, gəlim Bakıya. Çünki Azərbaycan, nəslimiz və babam haqqında tarixçəni blirdim. Öz-özümə söz vermişdim ki, Bakıya gəlib hər şeyi öz yerinə qoyacam. Ədalati bərpa etmək lazımdır. Necə olur axı mənim atam vətəndə yaşamır? Həm də, axı vətəndə evimiz, hər şəraitimiz vardı. İndi bizi təcrid ediblər və heç nəyimiz yoxdur. Gənclik illərimdə bu fikri qəbul edə bilmirdim. Düzdür, arabir atamla Bakıya gəlib-gedirdik. Amma mən vətənimdə yaşamaq istəyirdim!
 
“Atam mənim Bakıya gəlməyimi istəmirdi”
 
O vaxtlar mən Ə.Əzimzadə adına rəssamlıq məktəbinə girmək istəyirdim. Atam mənə dedi ki, mən imtahan vaxtını öyrənib səni yollayacam. Ancaq atam məsələni bir qədər uzatdı. O, mənə Qazaxıstanda və ya Moskvada oxumağı təklif etdi. Mənsə təkidlə Bakıya gedəcəyimi dedim. O çox çalışdı ki, məni fikrimdən daşındırsın. Deyirdi axı hara gedirsən, harada qalacaqsan? Ev yox, qalacaq yer yox… Daha sonra etiraf etdi ki, bu haqda bir az da məni sınayırmış. Atamı razı saldım və gəlməyi planlaşdırdım. Özümü imtahanlara çatdırmaq üçün 3 günüm vardı. Bu müddət ərzində 4 min km yol gəlib Bakıda yerləşməli, işləri təhvil verib imtahana girməli idim. Gəldim Bakıya… Təsəvvür edin, cavan bir oğlan iyun ayı, balaca bir çamadan, qoltuğunda 5-10 dənə iş, böyük bir şəhərdədir. İmtahandan öncə Azərbaycanın əməkdar rəssamı Eyyub Məmmədov mənim işlərimə baxdı. O vaxt qiymətlərim yaxşı olduğu üçün məni rəssam olmaq fikrimdən daşındırmaq istədi. Lakin alınmadı.
 
– Ən sevdiyiniz rəsm əsəriniz hansıdır? Sizin üçün xüsusi belə bir rəsm varmı?
 
– Hamısı mənə doğmadır. Onların yaranma tarixi ayrı-ayrıdır. Elə əsər var ki, uzun müddət daxilində gəzdirirsən sonra büruzə verir və sən onu çəkirsən. Amma ondan ayrılmaq istəmirsən və s. Rəssamlıq da daxili dünyanın təcəssümüdür. Bir söz var, deyir əgər “quş bilsəydi ki, nə üçün oxuyur və onun içində oxuyan nədir? Bəlkə də o heç oxumazdı. ” Hansı rəsmin yaxşı, hansının pis olduğunu müəllif üçün demək çətindir. Elə əsər olur ki, acından ölsən də onu satmaq istəmirsən. Amma gənclik illərimdə bir dəfə pulum qutarmışdı. Düşünürdüm ki, necə vəziyyətdən çıxım. Fikirli-fikirli gedib İçərişəhərdə əyləşib bir rəsm çəkdim ki, düşüncələrdən azad olum. Geri dönəndə mənə zəng gəldi və sərgiyə qoyduğum bir mənzərə rəsmi vardı onu almaq istədiklərini bildirdilər. O an rəsmim sanki məni xilas etmişdi.
 
– Qeyd etdiniz ki, Bakıda ev-eşik yox idi. Bəs o cavan oğlan Bakıda kimin qapısına sığındı?
 
– Bakıya gələrkən gedəcəyimiz tək ev Seyid Hüseyn Sadıqzadənin evi di. Babam M.Ə.Rəsulzadə ilə Seyid Hüseyn bacanaq idilər. S.Hüseyni 1931-ci ildə bir dəfə həbs edib, sonra azad etmişdilər. Daha sonra 1937-ci ildə yenidən həbs etdilər və güllələdilər. Onun ölümündən sonra bacısı qızı Səyyarə xanım onun evində yaşayaraq uşaqlarına himayəlik etdi. Mən də Bakıya gələndə ilk olaraq o qapıya sığındım. Daha sonra öz bibim qızı Firuzə ilə onlara getdim. Universitetin ilk aylarında yataqxana ilə təmin olunmamışdım deyə, Lökbatanda Firuzəgildə qalırdım. Yadımdadı saat 9-dan sonra Lökbatana avtobus getmirdi. Hətta bir dəfə gecikmişdim deyə şəhərdə pilləkənlərdə gecələdim.
 
– Babanızın şəklini sizə ilk dəfə araşdırmaçı Mövsüm Əliyevin göstərdiyini demisiniz. O vaxta qədər heç vaxt görməmişdiniz şəkli?
 
– Şəkilləri var idi, amma bu şəkil mənə qəribə gəldi. Hansısa bir yad adamda babamın şəklinin olması qeyri-adi hislər yaşatdı mənə. O vaxtı Rəsulzadənin adını çəkmək belə yasaq idi. Çox adam onun haqqında bilmirdi. Mən və ailəmiz bilirdik, bir də ziyalılar. Bir dəfə Elçin Əfəndiyev danışırdı ki, atası İlyas Əfəndiyev gəlib evdə xanımına deyib ki, “Kişi rəhmətə getdi…” O sonradan anlayıb ki, söhbət babamın vəfatından gedir. Ziyalılar onun burda gizlində olsa yasını tutublar. Ona görə, haqqında az adamın bildiyi babamın şəklini bizə yad olan birində görmək çox qəribə idi. O şəkil qaldı məndə. Mövsüm müəllimin verdiyi foto ilə maraqlananda məlum oldu ki, fotonu tarixçi Ziya Bünyadov arxivdən çıxarıb. Özü Rəsulzadə haqqında yaza bilməsə də, materialları Mövsüm müəllimə ötürürdü ki, o yazsın. Çox vətənpərvər şəxslər idi hər ikisi. Hətta Mövsüm müəllim hər il 28 mayda səliqəli geyinib keçinir, çalışırdı ki, Cümhuriyyət günündə dəbdəbəli görünsün.
Bundan başqa fransız jurnalı üçün çəkdikləri şəklini xalq rəssamı Oqtay Sadıqzadə mənə vermişdi. Məhəmməd Əminin bu şəkli jurnalda Avropanın görkəmli siyasətçiləri və tarixi şəxsiyyətləri sırasında yer almışdı. Sonra bu fotolar yayıldı, onun əsasında plakatlar buraxıldı və s.
 
– M.Ə.Rəsulzadənin nəvəsi oduğunuzu biləndə hansı reaksiyalarla qarşılaşırdınız?
 
– Reaksiyalar müxtəlif olurdu. Adətən ilk eşidənlər inana bilmirdi. Bununla bağlı bir olmuş hadisəni danışım sizə. Mənim bir rəssam dostum vardı, həmişə yanıma gəlib gedirdi. Onun da qardaşı o vaxtlar Mərkəzi Komitədə siyasi məsələlərə baxırdı. Bir dəfə ikisi birlikdə mənim emalatxanama gəlmişdi, söhbət edirdik. Dostum qardaşına sual verdi ki, M.Ə.Rəsulzadə kimdir sən bilirsən? O dərhal qaşlarını çatıb sərt reaksiya verdi ki, siz hardan tanıyırsız onu? Rəsulzadə Sovet hökumətinin 1 nömrəli düşmənidir. Dostum dedi ki, Raisin babasıdır Məhəmməd Əmin Rəsulzadə. Təsəvvür edin, mənim emalatxanamda babama düşmən dedi… (gülür)
 
Bundan başqa, Əsədov adında professor vardı, mərkəzi komitənin xüsusi məktəbində birinci katiblərə tarix dərsi deyirdi. Eyni zamanda bizə də universitetdə saat hesabı dərs deyirdi. Qrup yoldaşlarım müəllimə Rəsulzadənin nəvəsi olduğumu demişdilər. Bir dəfə tənəffüsdə yaxınlaşıb əlini çiynimə qoydu, məni dəhlizin sonuna apardı və başladı mənə babam haqqında danışmağa. Deyirdi sən fəxr etməlisən babanla. İndi biz bunları açıq deyə bilməsək də, o bizim üçün, millət üçün çox iş görüb. Təbii ki, belə reaksiyalar görmək mənim üçün fəxr idi.
 
“Rəsulzadənin Bakıda 3 evi ola-ola, bir muzeyi yoxdur…”
 
– Bakıya qayıdarkən babanızın mülklərindən heç birini əldə edə bilməmisiniz. İndi bu haqda nə söyləyə bilərsiz?
 
– Doğrudur, baba mülkərim əldə edə bilməmişik. İndi düşünürəm ki, mülklərdən biri Rəsulzadənin ev muzeyi olmalıdır. Bu onun mənəvi haqqıdır. Bu barədə danışıqlar gedir, görək nəticəsi nə olacaq. Bir dəfə Türkiyədən mötəbər dairələrdən nümayəndələr gəlmişdi Bakıya. Onlar Rəsulzadənin ev muzeyini ziyarət etməyi istəmişdi. Lakin bir şey tapmadığı üçün gedib Novxanıda atasının qəbrini ziyarət etmişdilər.
 
– Rais müəllim, doğrudur siz incəsənət adamısınız. Bəs nə zamansa siyasətə qoşulmaq kimi fikriniz olubmu? Nəzərə alsaq ki, Rəsulzadə kimi dahi şəxsiyyətin irsindənsiniz. Nə üçün babanızın yolundan getmədiniz?
 
– Loru desək, mən başımı rəssamlığa qatmışam. Əlbəttə ki, babamda olan milli ruhdan atamda da, məndə də olub. Mən hələ uşaq vaxtdan hansı mühitə düşürdümsə həmişə lider olurdum. Amma mövcud şəraiti danmaq olmazdı. Gənc olarkən müəyyən hadisələrə sərt reaksiyalarım olurdu. Hələ orta məktəbdə tarix müəllimi nəyisə düz vurğulamayanda mən həmişə etiraz edib düzəlişlər edirdim. Hətta məktəbi bitirəndə direktor mənə təhsilimi tarix üzrə davam etdirməyi təklif etmişdi. İndi deyirəm bəlkə də reaksiyalarım o zaman yersiz idi. Bir tərəfdən də fikirləşirdim ki, bu hislər məndə genetik bağdan yaranırdı. Mən coşanda baxmıram qabağımdakı kimdir.
 
Siyasət belədir ki, getdin, gərək axıra qədər gedəsən. Çiyninə kəfən geyinib gedəsən bu yolu. Çünki bu ciddi və böyük məsuliyyətdir. Bu məsuliyyəti çiyninə götürürsənsə, onun gərək arxasında dura biləsən. Elə belə camaatla oynamaq, onları aldatmaq olmaz. O yolu əvvəldən seçəsən gərək. Hətta belə bir söz var, siyasətlə məşğul olmasan, o səninlə məşğul olacaq…     /BakuPost.az/
 

 

Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək
17:19 18.03.2024
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
17:15 18.03.2024
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
17:08 18.03.2024
Hamısı