Milli Məclisin bugünkü plenar iclasında Səbinə Əliyeva yeni ombudsman seçilib.
Səbinə Əliyeva 7 may 1980-ci il tarixində anadan olub. Hüquqşünas ixtisası üzrə təhsil alıb. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi var, 3-cü dərəcəli Dövlət müşaviridir.
Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
O, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsində işləyib.
Səbinə Əliyeva Azərbaycanın Çindəki keçmiş səfiri və sabiq millət vəkili Yaşar Əliyevin qızı, millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.