BMT TŞ-da Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb

Siyasət 14:38 09.04.2021

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında minaların zərərsizləşdirilməsi məsələlərinə həsr olunan debatlar keçirilib. 

Eurasia Diary-nin AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycandakı vəziyyət barədə məruzə ilə virtual açıq debatlarda çıxış edib.

Diplomat öz bəyanatında qeyd edib ki, müharibənin partlama təhlükəli fəsadlara malik minalar və əldəqayırma partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətdə olan bir çox ölkələrin gündəlik həyatına öz təsirini göstərməkdə davam edir, bununla da mülki əhali, hərbçilər, sülhməramlı və humanitar heyət üçün ölümcül təhlükə yaradır.

Y.Əliyev deyib: “Biz Azərbaycanda minaəleyhinə fəaliyyətin potensialının möhkəmlənməsində Birləşmiş Millətlər Təşkilatının dəstəyini dəyərləndiririk. Azərbaycan Respublikasının 1999-cu ildə yaradılan Minatəmizləmə Agentliyi (ANAMA) BMT-nin İnkişaf Proqramının köməyilə son 20 ildə Azərbaycanda 800 mindən çox mina və digər partlama təhlükəsi olan döyüş sursatlarını zərərsizləşdirərək, 160 500-dən artıq məcburi köçkünün doğma evlərinə təhlükəsiz qayıdışının təmin olunmasına yardım edib. Lakin Azərbaycan yerüstü minaların və müharibənin partlama təhlükəli fəsadlarından hələ də əziyyət çəkən münaqişədən sonrakı vəziyyətdə olan ölkələr siyahısına daxildir”.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri qeyd edib ki, Ermənistan 1991-ci ilin sonu – 1992-ci ilin əvvəllərində Azərbaycana qarşı tammiqyaslı müharibəyə başlayıb. Nəticədə Azərbaycan ərazilərinin xeyli hissəsi Ermənistan tərəfindən işğal edilib. Müharibə on minlərlə insanın həyatına son qoyub, şəhərlər, qəsəbələr və kəndlər dağıdılıb, işğal edilmiş bütün ərazilərdən 700 mindən çox azərbaycanlı çıxarılıb.

Diplomat bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən daha bir təcavüz aktına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla aparılan əks-hücum əməliyyatı nəticəsində Azərbaycanın 300-dək şəhər, qəsəbə və kəndinin yerləşdiyi təqribən 10 min kvadratkilometr ərazisi işğaldan azad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları Bəyanat Ermənistan ilə Azərbaycan arasında təxminən 30 illik silahlı münaqişəyə son qoydu və regionda möhkəm sülhün təsdiqlənməsi üçün razılaşdırılmış parametrləri müəyyən etdi. 2021-ci il yanvarın 11-də üç ölkənin liderləri daha bir birgə Bəyanat imzaladılar. Bəyanat regionda iqtisadi və nəqliyyat əlaqələri qarşısındakı maneələrin aradan qaldırılması üzrə praktik addımların icrasına istiqamətlənib.

Lakin yuxarıda adıçəkilən 10 noyabr 2020-ci il tarixli Bəyanat imzalandığı andan bəri Azərbaycanın 20 vətəndaşı, o cümlədən 14 dinc sakin həlak olub, 87 vətəndaş, o cümlədən 16 dinc sakin azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində ciddi xəsarət alıb. Münaqişənin baş verdiyi müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərinin böyük hissəsi, o cümlədən qəbiristanlıqlar, tarixi yerlər və digər mülki obyektlər belə Ermənistan tərəfindən ardıcıl surətdə və pərakəndə minalanıb.

Bəyanatda deyilir ki, Ermənistan işğaldan azad edilən ərazilərdə minalanmış sahələr barədə məlumatı təqdim etməkdən imtina edir. Bununla da insanların həyatını bilərəkdən riskə atır və işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı bərpa işlərinə, yenidənqurmaya və humanitar səylərə, həmçinin məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəraitdə qayıtmalarına mane olmağa çalışır.

Y.Əliyev vurğulayıb ki, Ermənistanın hərəkətləri beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir, onun öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək və konfrontasiya siyasətindən əl çəkmək istəmədiyini nümayiş etdirir.

Diplomat deyib: “Baş katib minaların zərərsizləşdirilməsi üzrə fəaliyyətə hərtərəfli yanaşma barədə məruzəsində vurğulayıb ki, minaəleyhinə fəaliyyət sülhün və davamlı inkişafın müjdəçisi olaraq, tərəflər arasında etimadın möhkəmləndirilməsinə mühüm praktik töhfə verir (S / 2018/623). Bugünkü iclas üçün hazırlanan konseptual qeyddə analoji olaraq göstərilir ki, xüsusilə minaəleyhinə fəaliyyət davamlı inkişaf üçün həlledici əhəmiyyət kəsb edir, sabitliyə və sülhün dəstəklənməsinə müsbət töhfə verir (S / 2021 /284). Bu sözlər bu gün həddən artıq aktualdır. Çünki bizim regionumuzdakı yeni vəziyyət yüz minlərlə məcburi köçkün üçün doğulduqları yerə təhlükəsiz qayıtmaq hüquqlarını həyata keçirməyə imkanlar açır. Müharibənin dağıdıcı nəticələrinə baxmayaraq, sülhün bərqərar olması, sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşayışın bərpa edilməsi, gündəlikdə duran barışıq məsələsinin irəliləməsi, iqtisadi inkişafa və əməkdaşlığa investisiya qoyulması üçün unikal imkanlar və real perspektivlər təqdim edir. Buna görə də beynəlxalq birliyin təxirəsalınmaz reaksiyası ədalətin, məsuliyyətin, yerüstü minaların və müharibənin partlama təhlükəli fəsadlarının təhdidi altında olanların həyat və hüquqlarının müdafiəsinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Hamısı