Milli Məclis buraxıla bilərmi? Partiya liderlərindən MARAQLI TƏKLİFLƏR

Siyasət 16:14 08.02.2022
Artıq bir müddətdir ki, parlamentin buraxılması və yenidən seçkilərin keçirilməsi ilə bağlı cəmiyyətdə fikirlər dolaşır.
 
Hətta bir müddət əvvəl parlamentdə deputatların sayının artırılması da təklif olunurdu. Bunu konstitusiyaya dəyişiklik üçün referendumun keçirilməsi və digər səbəblərlə də əlaqələndirənlər var idi. 
 
Xatırladaq ki, Milli Məclisə keçirilən seçkilərdən 3 il keçsə də boş qalan 5 yer üzrə hələ də yeni seçkilər təyin olunmayıb.  
 
Bir müddət əvvəl Mərkəzi Seçki komitəsinin sədri Məzahir Pənahov tezliklə seçkilərin keçirilməsi barədə açıqlama versə də, hələ ki, bu istiqamətdə nisbi sakitlikdir.
 
Bu səbəb də parlamentin buraxılması haqqında gəzən söz-söhbəti daha da aktuallaşdırır.
 
Müxalifət partiyalarının liderləri bu barədə nə düşünür?
 
Məsələnin aktuallığını nəzərə alaraq ilk olaraq, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin fikrlərini dinləmək istədik. Partiya sədri Ednews-a açıqlamasında bildirib ki, bu, ictimai rəydə formalaşmış qeyri-rəsmi ehtimallardır.
 
“Parlamentin buraxılması və yenidən seçkilərin keçirilməsi fikri bir müddətdir ki, var. Konstitusiyada dəyişiklik üçün referendum gözlənilir. Referendumda o cümlədən, seçki sistemi dəyişilib ya tam proporsional, ya da qarışıq, majoritar və proporsional seçki sistemi tətbiq olunacaq. Bu baxımdan ehtimal olunur ki, vaxtından əvvəl seçkilər keçirilə bilər. Hesab edirəm ki, ölkədə ciddi seçki islahatı aparılmalıdır. Proporsional seçki sistemi də tətbiq olunmaqla azad, demokratik seçikilər keçirməklə yüksək etimada malik bir parlamentin formalaşdırılması indiki vəziyyətdə bizim bir sıra problemlərin həlli üçün effektiv yollardan biridir”.
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə düşünür ki, parlament bu gün özünü doğrultmur. Onun fikrincə, parlament mütləq şəkildə buraxılmalıdır.
 
“Bir deputat bu gün polis döydüyü üçün həbsdədir, digəri Azərbaycanın milyonlarını xaricdə gizlədir. Bu sizin, bizim, Azərbaycan xalqının puludur. Parlamentdə oturan deputatlar Azərbaycan dövlətçiliyinə xəyanət edir və dövlət başçısının gördüyü işlərə kölgə salırlar. Əlbəttə, parlamentdə ləyaqətli insanlar da var, ancaq əksəriyyəti təyin edilib.
 
Parlament buraxılmalı, yenidən demokratik seçkilər keçirilməli, proporsional seçki sistemi bərpa olunmalıdır. Düşünürəm ki, bu yöndə ciddi işlər görmək olar və Azərbaycan xalqının gələcək milli mənafeyi baxımından, Qarabağda görülən işlərin daha da sürətləndirilməsi naminə parlament təcili buraxılmalıdır".  
 
Ağ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, parlamentin buraxılacağı barədə şayə artıq çoxdandır ki, var.
 
“Parlamentin formalaşmasında “5-ci kolon” dediyimiz Mehdiyev və onun ətrafının rolu olduğu üçün belə fikirlər bir ildən çoxdur ki, var. Amma görünən odur ki, hakimiyyət hələ ki, boş qalmış 5 yerə belə seçki keçirmir. Buna görə bu məsələləri mən ciddi qəbul etmirəm. Amma lazımdırmı? Təbii ki, lazımdır. Parlament buraxılmalı və yenidən ən azı xalqın etimadının 30-40 fazi belə olan bir parlament formalaşdırmaq lazımdır. Çox böyük ehtimal ki, tezliklə referendum keçiriləcək, konstitusiyaya dəyişiklik ediləcək. Düzdür, bununla bağlı siyasi bəyanat yoxdur. Düşünürəm ki, referendum keçirilməli, proporsional seçki də olmalı, parlament buraxılmalı və yenidən seçilməlidir. Ondan sonra normal siyasi münasibətlər formalaşacaq".
 
Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd etdi ki, parlamentin buraxılması yaxşı olardı, ancaq bundan əvvəl ilk növbədə ciddi seçki islahatları aparılmalı, seçki qanunvericiliyində dəyişikliklər edilməlidir.
 
“Seçki komissiyalarının paritet əsaslarda formalaşması, proporsional seçki sisteminin tətbiq edilməsi, deputatların sayının heç olmasa 201-ə qaldırılması, seçki kampaniyasının müddətinin uzadılması və s. bu kimi məsələlər həll olunduqdan sonra ölkədə növbdənkənar parlament seçkiləri keçirilsə, Azərbaycanda normal fəaliyyət göstərən qanunvericilk orqanının yaradılması mümkün ola bilər”.
 
Gülnar Səlimova
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Hamısı