Avropa Parlamenti Qarabağda mədəni irsin dağıdılmasını pisləyən qətnamə qəbul edib.
Ednews xəbər verir ki, səsvermədə 679 deputat iştirak edib. Onlardan 635-i qətnamənin lehinə, 2-si əleyhinə səs verib. Qalan 42 nəfər isə bitərəf qalıb.
Qətnamədə Azərbaycan tərəfinin erməni mədəni irsi obyektlərinin alban mənşəli olduğunu göstərən və erməni abidələrinin adının dəyişdirilərək “Qafqaz-Alban” adlandırılması ilə bağlı dərin narahatlıq ifadə olunub.
Bundan başqa sənəddə guya Azərbaycanın ermənilərin Qarabağda olan dini və tarixi abidələrinin dağıdılması, qonşu xalqların mədəni irsinin qanunsuz talan edilməsi kimi pislənir.
Sənəddə deyilir ki, bu qərar Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarlarını pozur.
Bundan başqa, qətnamədə Azərbaycandan UNESCO və müvafiq qurumlara inventarlaşdırma işlərini davam etdirmək və onların mühafizəsini təmin etmək üçün nəzarətində olan ərazilərdəki irs obyektlərinə giriş icazəsi verməsini tələb edir. O, həmçinin YUNESKO-nun qiymətləndirmə missiyasından əvvəl erməni irsi obyektlərinə müdaxilə etməməyə, erməni mədəni irs obyektlərinə müdaxilədən əvvəl və müdaxilə zamanı erməni və beynəlxalq mədəni irs ekspertləri ilə məsləhətləşmələrə çağırır.
Sənəddə həmçinin Ermənistan-Azərbaycan sərhədində insan tələfatı ilə nəticələnən toqquşmaların yenidən baş verməsindən narahatlıq ifadə edilir və tərəfləri güc tətbiq etməkdən çəkinməyə və bu yaxınlarda başlayan siyasi dialoqu davam etdirməyə çağırılır.