“Qarabağda bir qrup minadan zərər çəkənlərlə birgə sülhün köklərini əkməkdən şərəf duydum”.
Ednews xəbər verir ki, bu sözləri ”Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn Facebook səhifəsində Qarabağ səfəri haqqında təssüratlarını bölüşərkən yazıb.
Daha sonra xanım Khün fikirlərini belə davam etdirib:
“Umud Mirzəyevin rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun sayəsində həmin ərazilərdə müharibənin yaratdığı acı səhnəyə şahid olmaq mənə qismət oldu. Ukraynadakı hadisələrinə və minalanmış ərazilərdə həyatını itirənlərin müsibətlərinə şahid olduqca, mən bir insan olaraq sülh üçün təşəbbüslərimi daha da dərinləşdirəcəm”.
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti və ANAMA-nın dəstəyi ilə ”Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn 1-5 mart tarixlərində Azərbaycana səfər edib.