Aprelə qədər Ermənistan Xarici İşlər Nazirliyində Azərbaycanla sülh müqaviləsinin hazırlanması məsələləri üzrə ekspert işçi qrupu yaradılacaq.
Ednews Ermənistanın “Past” nəşrinə istinadən xəbər verir ki, bundan əvvəl İrəvan sülh müqaviləsinin bağlanması üçün danışıqların təşkilinə görə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib.
Qeyd edək ki, rəsmi Bakı İrəvana 5 bənddən ibarət təklif paketi göndərib.