“Azərbaycan erməni separatçılarını qazla təmin etməməlidir və etməyəcək” Nigar Arpadarai

Siyasət 13:11 26.03.2022
“Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlara son qoyan Bəyanatın imzalanmasından bir ildən çox vaxt keçir. Ermənistan üzərinə götürdüyü öhdəliklərin bir hissəsini hələ də yerinə yetirməyib”.
 
Ednews xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nigar Arpadarai öz Facebook səhifəsində yazıb. Millət vəkili sözügedən öhdəliklərə sülhməramlı qüvvələrin məsuliyyət zonasında hələ də erməni silahları və əsgərlərinin olduğunu, Ermənistanın Azərbaycan üçün Naxçıvana dəhlizi təmin etmədiyini, azərbaycanlıların hələ də Xocalıya və Azərbaycanın digər yaşayış məntəqələrinə qayıtmadığını nümunə gətirib.
 
“Bundan əlavə, hərbi cinayətkarlar Arayik və Vitali Balasanyan hələ də Xankəndində “ağalıq” edirlər, yerli erməni əhalisinin arxasında gizlənir, diaspora yardımlarını oğurlayırlar. Bir qrup xırda fırıldaqçılar və hərbi cinayətkarlar özlərini hökumət kimi göstərirlər, yeganə məqsəd onların qalıqları Soçi və Qlendeyl ətrafına səpələnməzdən əvvəl daha çox oğurluq etmək, Qarabağın sadə erməni sakinlərini heç nəsiz buraxmaqdır.
 
Azərbaycan isə bütün bu müddət ərzində çox səbirli olub, öhdəliklərini yerinə yetirib və təxribatlara təmkinlə reaksiya verib. Bunun arxasında, heç şübhəsiz, onu seçdiyi kursdan - Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindən heç kimin döndərə bilməyəcəyini dəfələrlə sübut edən möhtərəm Prezidentimizin strateji və uzunmüddətli baxışı dayanır”.
 
N. Arpadarai qeyd edib ki, bu müddət ərzində Xankəndinə Ermənistan və Fransadan bir neçə təxribat xarakterli səfərlər təşkil olunub.
 
“Onların məqsədi “DQR”in müəyyən subyektivliyini nümayiş etdirmək idi. “DQR rəsmiləri” mütəmadi olaraq bəyan edirlər ki, “DQR” heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Eyni zamanda, bu ritorikanın İrəvanla razılaşdırıldığı da göz qabağındadır.
 
Həmçinin, Paşinyan özü də “DQR” mövzusundan yayınır və qeyri-müəyyən eyhamlara keçir ki, Ermənistan artıq bu məsələni ərazi mövzusu hesab etmir. İndi onun üçün bu, “hüquq məsələsidir”. O, açıq-aydın xalqların öz müqəddəratını təyinetmə hüququnu, ermənilərin ənənəvi olaraq ayrılma hüququ kimi şərh etdikləri beynəlxalq hüquqi prinsiplərdən birini nəzərdə tutur. Hansı ki, düzgün deyil. İstər erməni, istərsə də Azərbaycan xalqı çoxdan öz ərazilərində öz müqəddəratını təyin edib”.
 
Deputat bildirib ki, Ermənistan taktikasını dəyişib, amma məqsədini dəyişməyib.
 
“Məqsəd isə eynidir - qonşulara qarşı ərazi iddiaları. Eyni zamanda, Ermənistanın bu gün sadəcə olaraq bu məqsədə nail ola bilmədiyini dərk edərək, biz Ermənistanın mövqeyini aydın başa düşməli və ona uyğun hərəkət etməliyik, çünki bu mövqe regionda sülh üçün əsas təhlükədir.
 
“DQR” rejiminin və ordusunun qalıqlarını saxlamaq və gücləndirmək məqsədi daşıyan Ermənistanın birbaşa və dolayı yardımı Azərbaycana qarşı düşmən addımlarıdır”.
 
O, həmçinin paylaşımında qeyd edib ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsində sülhməramlı qüvvələrin məsuliyyət zonasına qaz nəqli bunlardan biridir.
 
“Azərbaycanın son aylarda bu çatdırılmalara müdaxilə etməməsi humanitar və texniki mülahizələrlə izah olunur. Azərbaycanın Qarabağ bölgəsinin erməni millətindən olan mülki şəxslərin isti evlərdə normal və təhlükəsiz yaşamaq hüququ var. Lakin Azərbaycan Ermənistanın ərazisində olan silahlı separatçıların davamlı dəstəyinə göz yummağa məcbur deyil və göz yummamalıdır da. O cümlədən qaz tədarükü məsələsində. Azərbaycan bu gün Üçtərəfli Bəyanatın müddəaları çərçivəsində məsələn, Ermənistan və Azərbaycanın sülhməramlılar olan ərazisi arasında təhlükəsiz quru əlaqəsini təmin etməklə fəaliyyət göstərir. Həmçinin sülhməramlı kontingentin normal fəaliyyəti təmin edilir. Lakin Azərbaycan qaz kəmərinin işləməsini təmin etmək öhdəliyini üzərinə götürməyib. Deməli, onun işinə icazə verib-verməmək məsələsi Azərbaycanın qərarıdır. Eyni zamanda, hökumətimiz müəyyən şərtlər daxilində humanitar mülahizələri rəhbər tutaraq müəyyən bir həcmə icazə verə bilər. Məsələn, mülki əhali və sülhməramlı kontingent üçün lazım olan qədər. Eyni zamanda, bu qazın necə istehlak edildiyinin monitorinqini aparmaq lazımdır. Birincisi, istifadəçilərin siyahısını və sayını, eləcə də istifadəçilər üçün məqbul kvota müəyyən etməklə. Axı, Azərbaycan erməni əsgərlərini və silahlı separatçılarını qazla təmin etməməlidir və etməyəcək. Bundan əlavə, bu mexanizm ağlabatan müddətə malik olmalıdır”.
 
Millət vəkili həmçinin vurğulayıb ki, əvvəlcədən müəyyən edilmiş ağlabatan müddət ərzində sülhməramlılar olan zanoda istifadəçilərin abonent kimi Azərbaycanın qazpaylayıcı sisteminə, eləcə də digər ictimai xidmətlərə qoşulması təmin edilməlidir.
 
“Mülki vətəndaşlar üçün bu, heç bir problem yaratmayacaq, lakin biz yaraqlılara xüsusi əhəmiyyət verməməliyik və onların nə düşündüyü bizi maraqlandırmır.
 
Heç bir tərəddüd etmədən müvafiq orqanlarımız bunu elan etməlidir. Çünki, erməni mediasının ümumdünya hayqırtısına və isterikasına baxmayaraq, bu mövqe ədalətli, qanuni və Azərbaycanın öz xalqı və beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə tam uyğundur”.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Hamısı