"Mən BAMF və ANAMA ilə birgə işləməyi səbirsizliklə gözləyirəm” Heidi Kühn

Siyasət 16:06 01.04.2022
“Mart ayında mən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti və ANAMA-nın dəstəyilə Azərbaycana etdiyim səfər çərçivəsində Qarabağda mina sahələrində oldum. Mən bu illər ərzində çox sayda mina sahələrini gəzdim və bunun insanlığa qarşı ən böyük cinayət olduğunu düşünürəm”.
 
Ednews xəbər verir ki, bu sözləri “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri Heidi Kühn Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda onlayn çıxışı zamanı bildirib. O, bildirib ki, bu davamlı inkişaf məqsədi üçün fəaliyyətə çağırış çox ciddi çağırışdır.
 
“Çünki biz buna Ukraynada və bütün dünyada şahid oluruq. 1997-ci ildə mən mərhum şahzadə Diananın faciəli ölümündən qısa müddət sonra minalarla bağlı məsələni beynəlxalq gündəmin ön sırasına çıxararaq “Minaları üzümlüyə çevirək” sloqanı ilə sülhün kökünü yaratmağa başladım. Son statistikalara görə, dünyada  hələ də  60 ölkədə piyada əleyhinə 60 milyon mina var.
 
Çox təssüflə qeyd etmək istərdim ki, baxmayaraq ki, 25 ildir “Sülhün kökləri” ilə bu işlə məşğuluq, hələ də dünyada minaların sayı azalmayıb”.
 
Heidi Kühn çıxışı zamanı “Sülhün kökləri” təşkilatının ilk yaranma tarixindən, onun həyata keçirdiyi mina təmizlənmə təşəbbüsü haqqında da xatırladıb. 
 
“Mən ilk addımlarımı Macarıstanda başladım. Orada Balkan müharibəsindən sonra torpağa  1.2 milyon ədəd mina basdırılmışdı. Lakin şərabçılıqla məşğul olan bir xorvatiyalı Parisdə üzümçülük müsabiqəsinin qalibi olur. O, bu ənənəni yaşatmaq üçün vətəninə dönür, lakin gördüyü mənzərə onu məyus edir, çünki hər tərəf mina sahəsinə çevrilmişdir. 
 
Hazırda Macarıstana baxanda düşünürəm ki, biz bu 25 ildə orada böyük işlər gördük və ölkə turistlərin ən çox üz tutduğu məkandır. Ona görə mən dünyada sülhə inanıram. Ancaq sülhün təməli minanın çıxarılması ilə başlayır. Mən bu səyahətimi 11 Sentyabr hadisəsindən qısa müddət sonra bu gün dünyanın ən çox minalanmış ölkəsi olan Əfqanıstanla davam etdirirəm. Orada təxminən 10 milyon mina var,  lakin həmçinin ora ən yüksək kənd təsərrüfatı istehsalı və iş yeri olan bir ölkədir”.
 
Heidi Kühn həmçinin bu xeyirxah missiyasında ona dəstək olan insanlara da öz təşəkkürünü bildirib.
 
“Bu gün mən 10 milyon dollar sərmayə ilə Əfqanıstanda bir çox işlər görə bildiyimizə görə, hər kəsə öz minnətdarlığımı bildirirəm. Hazırda mən ABŞ Dövlət Departamenti, Beynəlxalq Narkotik Hüquq Mühafizəsi ilə bu işləri həyata keçirmək üçün 45 milyon dollarlıq müqavilə imzalamağı bacarmışam.
 
Biz bu torpaqları-Əfqanıstan və Mərkəzi Asiya torpaqlarını minalardan təmizləyib orada yeni dünya qururuq. Bu torpaqlara 250 milyon - 1.4 milyard dollar sərmayə xərcləmişik”.
 
Sonda “Sülhün Kökləri” təşkilatının qurucusu fikirlərini belə tamamlayıb:
 
“Mən Qarabağı gəzərkən Umudun uşaqlığı keçən bu torpaqlarda bir zamanlar çiçəklənən gözəl üzüm bağlarını görəndə anladım ki, burada sülh mümkün olacaq. Ona görə biz yalnız sülh işinə əsaslanaraq diqqətimizi cəmləməliyik. Hesab edirəm ki, hazırda işlədiyimiz bu ölkəni yüksəltməyimiz tamamilə vacibdir. 1970-ci illərdə, mən Kaliforniya Universitetində tələbə olarkən, Vyetnam müharibəsi qızışırdı, lakin bu gün Vyetnamda biz 10.000-dən çox fermerə təlim keçirik və MAG-nin dəstəyi ilə biz minlərlə mina təmizlədik.  
 
Hazırda biz  Ukraynada müşahidə etdiyimiz müharibə dəhşətlərini görürük. Xatırlayaq ki, bu yaz əkin mövsümüdür, onu silahla deyil, kürəklə aparmalıyıq. Ukrayna kənd təsərrüfatı baxımından çox məhsuldar bir ölkədir.  Ukrayna dünya üzrə buğdanın 10 faizini, qarğıdalının 15 faizini yetişdirir və günəbaxan yağının yarısını istehsal edir.  Bildiyimiz kimi, yazda əkilməyən torpaqda, payızda heç bir məhsul yığıla bilməz. 
 
Mən Beynəlxalq Avrasiya Mətbuat Fondu və ANAMA ilə birgə işləməyi səbirsizliklə gözləyirəm. Düzdür, bu missiya uzun vaxt aparacaq, səbr və maddi yatırım tələb edəcək, lakin Azərbaycan mina sahələri üzüm bağlarına çevirmək potensialının episentrinə çevrilməlidir.
 
Mən çıxışımı 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının qarşı tərəfində yerləşən Əşiya Divarından asılan sərlövhədən olan sitatla bitirmək istərdim.
 
“Qılınclarını şum, qalxanlarını oraq etsinlər ki, xalq xalqa qarşı qılınc qaldırmasın, daha döyüşməyi öyrənməsinlər”.
 
Təşəkkür edirəm!”
 
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi ““Minasız Azərbaycan, Təhlükəsiz Qarabağ” beynəlxalq konfransına hazırlıq” layihəsi çərçivəsində həyata keçirdiyi fəaliyyətlərlə konfransın işinə öz töhvəsini verib.

Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
Hamısı