“Bu gün Azərbaycan hərbçisi diplomatik dildə danışa bilir” Arzu Nağıyev

Siyasət 17:25 03.05.2022

ATƏT-in minsk qrupunun Prezident İlham Əliyevin çıxışından sonra süqutu ərazidə maraqlı olan tərəfləri yeni addımlara sövq etdi. Rusiya həmsədr qismində çıxış edən İqor Xovayevi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, ABŞ isə Endryu Şoferi Qafqaz danışıqlarına dair baş məsləhətçi təyin etdi.

Bəs 30 illik ədaləti öz gücünə bərpa edən Azərbaycana bundan sonrakı danışıqlar üçün vasitəçi lazımdırmı?

Ednews xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Bizim.Media-ya müsahibəsi zamanı danışıb. 


- Arzu müəllim, bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun süqutundan sonra maraqlı ölkələr başqa adlarla vasitəçi rolunu saxlamağa çalışır. Buna misal olaraq Rusiya və ABŞ-ı göstərə bilərik. Birbaşa təmasların olduğu bir zamanda vasitəçilərə ehtiyac varmı?

- Düşünürəm ki, ikitərəfli danışıqların müsbət tərəfi ondan ibarətdir ki, iki tərəfə aid olan məsələlər həll olunur. Üçüncü tərəf olanda isə burada üçüncü tərəfin marağları peyda olur.

Düzdür, Avropa İttifaqı (Aİ), Rusiya və digər dövlətlər öz potranajı altında bu problemləri çözməyə çalışırlar. Lakin son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə bir daha biz bunun bariz şahidi olduq ki, heç vaxt onlar deklarativ bəyanatlardan bir addım da kənara getmədilər. Baxmayaraq ki, üç dövləti təmsil edirdilər. Bu gün yaranmış stuasiyada, yaranmış vəziyyətdə birbaşa olaraq, onların da günahı var. Heç bir addım atılmadı. 

- Görülməsi sadə olan işlər barədə də heç bir addım atmadılar. Ermənistana mina xəritələrinin verilməsinə görə təsir edə bilmədilərmi?

- Bəli, ermənilərin qurduqları blendajlar, digərləri haqqında hansısa məlumatı vermədilər. Əgər sülh olacaqdısa, bu boyda mina basdırılmasından üç dövlətin (Rusiya, ABŞ, Fransa) xəbəri olmadımı? Vasitəçilik missiyası – məlum məsələdir ki, öz maraqları çərçivəsində həyata keçirilir. Amerika Birləşmiş Ştatlarının (ABŞ) öz marağı, Rusiyanın öz marağı  və Fransanın öz marağı var idi. Vəziyyət ümumiyyətlə dünyada dəyişir. 

- Dünyada güc balansları dəyişir. Rusiya-Ukrayna müharibəsinin regiona təsirini necə dəyərləndirərdiz? 

- Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, çox ciddi problemlər var. Regional təhlükəsizlik böyüyərək, beynəlxaql təhlükəsizliyə keçir. Ona görə də, hətta vasitəçilik missiyasından çıxış edəndə də, tək öz maraqları yox, böyük maraqları da nəzərə almalıdırlar. Burada da son vaxtlar, sizin də qeyd etdiyiniz kimi, öz nümayəndələrini təyin ediblər, görüşlər keçirməyə çalışırlar. Lakin missiyalarınıda həyata keçirəndə, konkret olaraq, “nə etməli?”, məsələsinə praktiki cəhətdən cavab verməlidirlər. Bu gün gündəmdə olan məsələ budur ki, Azərbaycan XİN-lə Ermənistan XİN arasında təmas var. Məsələ isə delimitasiya və demarkasiya ilə bağlı komissiyanın yaradılmasıdır. Birinci şərt budur. Bunun biz praktiki şahidi olmalıyıq ki, ikitərəfli əlaqələr nə nəticə verdi?! Rusiyanın XİN-nin başçısının cənab prezidentlə görüşündə kommunikasiyaların açılması - istər Qazax istiqamətində, istər Zəngəzur dəhlizi və digər istiqamətdə - konkret bu işlərin praktiki həllini istəyirik. Mina xəritələrinin alınması və s. Biz diqtə edən tərəfik, bu məsələləri öz gücümüzə həll edirik. Bunu həll ediriksə, bizə hansısa vasitəçi gərəkdirmi? Vasitəçi öz marağını güdməklə bərabər, regionunda, iki dövlətin də maraqlarını güdməlidir. Düşünürəm ki, birbaşa danışıqlar mühüm nəticə verə bilər. 


- Biz sülhdən danışsaq da, Qarabağda və Ermənistan-Azərbaycan sərhəddində təxribatların şahidi oluruq. Ermənilər, daha doğrusu revanşistlər bu təxribataları nəyə hesablayıblar?

- Düşünürəm ki, ümumi maraq bundan ibarətdir ki, Ermənistan tərəfi status-kvo-nu saxlamaq istəyir. Son vaxtlar Qarabağ ərazisində, Azərbaycanın daxilində baş verən hadisələrdə bir daha görürük ki, Qarabağ klanı heç bir vəchlə öz prinsiplərindən əl çəkmək istəmir. Paşinyan hakimiyyətini devirmək üçün bu kanaldan istifadə edirlər. Ermənistan tərəfdən sərhəddə rus ordusu, qoşunu dayanır. Təxribatlarla çalışırlar ki, yenidən KTMT oyununu oynasınlar, onları cəlb etsinlər, hansısa atəş açılanda Rusiya qoşunları buna adekvat cavab versin. Lakin bu da alınmır. Çünki çox bacarıqlı və peşəkar formada, Azərbaycanın istər sərhəd qoşunları, istər hərbçiləri öz missiyalarını yerinə yetirirlər. Əvvəllər yalnız döyüş görürdük. Bu gün isə Azərbaycan hərbçisi həm diplomatik dildə danışa bilir, həm öz missiyasını informasiya müharibəsi çərçivəsində həyata keçirə bilir. Ciddi məsələlər var. Ermənistanın təxribata əl atmasının əsas səbəbi status-kvo-nu qoruyub saxlamaqdır. 

- Arzu müəllim, müsahibəyə zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Mən də təşəkkür edirəm.

Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
Hamısı