Arif Hacılı, Sərdar Cəlaloğlu və Rauf Qurbanovun fikirlərinə qarşı Araz Əlizadədən TƏKLİF “Konstitusiyada heç bir dəyişikliklərə ehtiyac yoxdur”

Siyasət 14:09 31.05.2022
Azərbaycanda hökumətin konstitusiyada dəyişikliklər edilməsi üçün referendum səsverməsinə hazırlaşması ilə bağlı bəzi iddialar var. 
 
İddia edilir ki, konstitusiya parlamentdə mandatların sayının 175 nəfərə çatdırılması nəzərdə tutulur. 
 
Doğrusu, sosial mediada konstitusiya dəyişikliklərinə ehtiyacla bağlı məlumatlar dolaşmasa da, referendumun baş tutacağı ehtimalı ilə bağlı hələ fikir mübadilələri aparılmasa da, yaxın keçmişdə bu məsələ ilə əlaqədar verilən  rəylərə nəzər yetirsək, bir çox siyasi partiya liderlərinin Azərbaycanda yeni konstitusiyanın qəbul olunmasına nəinki dəstəkləyir, hətta labüd hesab edirlər. 
 
Müsavat partiyasının sədri Arif Hacılı Ednews - a açıqlamasında proporsional seçki sisteminin yenidən tətbiq edilməsi və seçki qanununda zəruri dəyişikliklərin edilməsinə ehtiyac olduğunu bildirib. 
 
“Seçki qanuna görə, seçki komissiyaların hakimiyyətin tam nəzarəti altında olmasını təmin edir. Bu qanun dəyişdirməlidir, iddiaçı tərəflərin də bərabərhüquqlu imkanları olmalıdır.  Eyni zamanda Azərbaycanda parlamentin səlahiyyətləri artırılmalıdır. Azərbaycanda gerçək hakimiyyət bölgüsünün təmin edilməsi üçün ciddi konstitusiya islahatlarının həyata keçirilməsinə də zərurət var.  Müsavat partiyası olaraq bu məsələlər ilə bağlı islahatlar paketimizi ictimaiyyətə də təqdim etmişik”.  
 
Bundan başqa, partiya sədri  yerli özünüidarəetmə sistemində ciddi islahalatların aparılmasına ehtiyac olduğunu da vurğulayıb.
 
“Azərbaycanda həqiqi yerli idarəetmə sistemi qurulmayıb. Təyinatla müəyyənləşən yerli icra hakimiyyətləri öz funksiyalarını həyata keçirə bilmirlər. Konstitusiyaya şəhərlərdə mer seçkilərin keçirilməsinə imkan yaradan maddə əlavə edilməlidir, bələdiyyələrə sərəncam vermək və vergiləri toplamaq hüquqları verilməlidir”.
 
Qarabağ erməniləri məsələsinə toxunan A.Hacılı qeyd edib ki, bölgədə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdiyi, Azərbaycan konstitusiyasına və qanunlarına hörmət etdiyi təqdirdə, seçmək və seçilmək hüququndan istifadə etmək imkanı qazanacaqlar.  
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycanda mütləq köklü hüquqi islahatlar aparılmalıdır. 
 
“İlk növbədə seçki sistemi dəyişdirməlidir. Seçki sisteminin təşkili, seçkidə müşahidəçilərin rolunun artırılması və seçki nəticələrinin dəyərləndirilməsinə yönələn  ciddi islahatlar paketi ortalığa qoyulmalıdır. Ölkədə yenidən proporsional seçki sisteminə qayıtmaq lazımdır. Bir məqamı da nəzərə çatdırım ki, seçki komissiyaların üzvləri siyasi partiyaların nümayindələrindən seçilməlidir, seçkiləri saxtalaşdıran şəxslərə qarşı ciddi cəza tədbirləri tətbiq edilməlidir”.  
 
Sərdar Cəlaloğlu, həmçinin konstitusiyaya siyasi partiyalarla bağlı maddənin də əlavə edilməsinin vacibliyini vurğulayıb. 
 
Bir çox partiya liderləri kimi, Azərbaycan Kommunist partiyasının sədri Rauf Qurbanov da Azərbaycan konstitusiyasında dəyişikliklərin edilməsini zəruri hesab edib. 
 
“Proporsional seçki sisteminin tətbiq olunması, eləcədə parlamentdə mandatların sayının artırılması ölkədə siyasi ab-havanın daha da normallaşmasına  gətirib çıxara bilər”.  
 
Azərbaycan Quruluş Partiyasının sədri Fazil Mustafa bələdiyyələrlə bağlı narahatlığını bildirib. 
 
“Millə Məclisdə nə vaxtsa referendum məsələsi qaldırılsa, daha çox bələdiyyələrin konstitusiyadan çıxarılmasını tələb edəcəm. Bələdiyyələrin hesabat verməsi və yerli özünüidarə hüquqlarının məhdudlaşdırılması ictimaiyyətdə narahat doğurucu məsələlərdən biridir. Azərbaycanda həqiqətən, yerli özünüidarəetmə ölü vəziyyətinə salınıb. Bu baxımdan məsələnin üzərinə getməyin tərəfdarıyam. Eləcədə konstitusiyada bəzi müddəalarlada da dəyişşikliklərə ehtiyac var”. 
 
Azərbaycan Sosial Demokrat partiyasının sədri Araz Əlizadə isə məsləkdaşlarının fikirləri ilə razı olmayıb,  o, bu məsələdə fərqli düşüncəsini ortaya qoyub. Partiya lideri konstitusiyada heç bir dəyişikliklərə ehtiyac olmadığını və hazırki idarəetmə sisteminin sərfəli olduğunu hesab edib.
 
Yunis Abdullayev 
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Hamısı