Yunanıstan adalarda öz hərbi bazalarını qurur Türkiyədən SƏRT REAKSİYA - Engin Özərdən ÖZƏL

Siyasət 18:00 14.06.2022
“Türkiyə və Yunanistan arasında ticarət əlaqələrinin olmasına baxmayaraq, bu iki ölkə arasında gərginlik hər zaman davam edib”. 
 
Bu sözləri türk ekspert Yunanıstanın Egey dənizində Türkiyəyə yaxın ərazilərdəki adalara hərbi baza yerləşdirməsi və türklərin həyata keçirdiyi EFES-2022 hərbi təlimlərdən danışarkən deyib. 
 
O, Ednews-a açıqlamasında bildirib ki, iki ölkə arasında mövcud problemlər yeni deyil və bunlar uzun müddətdir ki, davam edir. 
 
“Belə bir ənənəvi siyasi vəziyyət var. Bəzi siyasətçilər belə məsələlərdə gərginliyi artırmaqla daxili siyasətdə öz mövqelərini gücləndirməyə çalışırlar”. 
 
Engin Özərin sözlərinə görə, Yunanıstan adalarda öz hərbi bazalarını qurur, Türkiyə isə Gökçə adasında hərbi təlimlər həyata keçirir. 
 
“Bu isə Afinanı çox narahat edir. Türkiyə ilə Yunanıstan rəhbərliyi diplomatik yolla problemləri həll etmək üçün müştərək yollar tapmalıdırlar. Hər iki ölkə NATO-nun üzvü, müttəfiqdir”. 
 
Türk ekspert adalar məsələsində hər iki ölkənin hərbi münaqişəyə girməsini qeyri-mümkün hesab edib. O, həmçinin bölgədə mövcud olan enerji problemlərinə də toxunub.
 
 “Bildiyimiz kimi, Egey dənizində hələ istirmar olunmayan qaz resursları var. Bu resursların kimin nəzarəti altına keçəcəyi məsələsi Türkiyə və Yunanıstanı bir-birinə qarşı qoyan problemlərdən biridir. Bu məsələdə Ankara və Təl-Əviv artıq razılığa gəlib. Belə ki, qaz xətlərinin çəkilməsi barədə hər iki ölkənin ortaq layihələr həyata keçirməsi gözlənilir. Onu da qeyd edim ki, İsrailin və NATO-nun vasitəçiliyi ilə Türkiyə və Yunanıstan arasında enerji resurslarının bölünməsi ilə bağlı problemlər də həll edilə bilər. Bu isə hər hansı qarşıdurmaya səbəb ola bilməz”.  
 
Yunanıstanın Egey adalarında hərbi bazalar qurması üçün ABŞ-dan maliyyə dəstəyi almasına gəlincə,  E.Özər Vaşinqtonun Avropada bütün müttəfiqlərinə hərbi yadım etdiyini vurğulayıb. 
 
“ABŞ Avropa Birliyi ordusunun qurulması üçün əlindən gələni edir. Bununla yanaşı, Avropada Polşa və Yunanıstan daxil olmaqla bəzi ölkələri Almaniya və Fransanın təsirindən qurtarıb öz təsiri altına çəkmək istəyir. Yəni, ABŞ-ın
Yunanıstanı silahlandırması planı Türkiyəyə qarşı yönəlməyib”.   
 
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan EFES-2022 təlimlərində Yunanıstanı qeyri-hərbi statusa malik adaların hərbiləşdirilməsini dayandırmağa  və beynəlxalq müqavilələrə uyğun hərəkət etməyə çağırıb. 
 
Belə ki, Vaşinqtonun maliyyə yardımı ilə yunanlar indi demilitarizasiya olunmuş adalarda 3 hərbi hava bazası, 8 dəniz bazası, 5 radar kompleksi, 70 ümumi təyinatlı  hərbi baza və 86 hərbi post yerləşdiriblər. 
 
Xatırladaq ki, 1923-ci ildə imzalanan Lozanna müqaviləsi, eləcə də 1947-ci il Paris müqaviləsinə əsasən Yunanıstan Egey dənizi adalarında və digər adalarda heç bir silahlı qüvvə yerləşdirə bilməz.
 
Yunis Abdullayev 
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
Hamısı