“Medal qazana bilməyən idmançılara deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var”.
Ednews xəbər verir ki, bu fikirləri avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı deyib.
Onun sözlərinə görə, sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır, çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda:
“Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq”.