“Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər”.
Ednews xəbər verir ki, bu fikirləri avqustun 24-də Bakı şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.
“Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın Kıran” ordenini təqdim etmək istərdim”.