Fars əyalətinin Şiraz şəhərində biri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH), biri isə yarım hərbi "Bəsic" qüvvələrinin zabiti olmaqla iki hərbçi ölüb.
Ednews Azad İran teleqram kanalına istinadən xəbər verir ki, yerli mediada onların avqustun 23-də "hadisə" nəticəsində öldükləri bildirilib.
Maraqlıdır ki, hadisənin detalları barədə heç bir açıqlama verilmir.
Xarici media isə Məhəmməd İslami və Məhəmməd Səccadizadə adlı hərbçilərin ölümünü müəmmalı adlandırıb.