“Qarabağda Çin şirkətləri ilə birgə fəaliyyətdə maraqlıyıq” - Prezident - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

“Qarabağda Çin şirkətləri ilə birgə fəaliyyətdə maraqlıyıq” - Prezident

Siyasət A- A A+
"Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətlərinin iştirakında maraqlıdır".
 
Ednews-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı məktubda əksini tapıb.
 
Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var:
 
“Eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq”.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...