Yeni Zelandiya hökuməti 14 Rusiya vətəndaşına yeni sanksiya tətbiq etdiyini açıqlayıb.
Ednews "Russia Today" televiziyasının saytına istinadən xəbər verir ki, sankiyalar barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta keçirdiyi bfirinqdə bəyan edib.
Onun sözlərinə görə, sanksiyalar bununla kifayətlənmir. Belə ki, hökumət bir sıra müdafiə sektoru müəssisələrinə və o cümlədən mediaya da sanksiya tətbiq edib.
Sözügedən sanksiyalara ən çox məruz qalan isə Krımda yerləşən “News Front” xəbər agentliyi olub.
Qeyd edək ki, bundan əvvəl oktyabrın 11-i tarixində də Yeni Zelandiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına sanksiyalar tətbiq etmişdi. Həmin vaxt 75 nəfər bu sanksiyaya məruz qalmışdı.