İngiltərənin yeni seçilən baş naziri Rişi Sunak G20 zirvə görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla üz-üzə gəlib və ona “Ukraynadan çıxın və bu vəhşi müharibəyə son qoyun” deyib.
Ednews “The Telegraph”-a istinadən xəbər verir ki, Rişi Sunak, hər hansı bir ölkənin qonşularını işğal etməsinin, dinc sakinləri öldürməsinin və nüvə müharibəsi ilə hədələməsinin qəbuledilməz olduğunu deyib və əlavə edib ki, Böyük “Britaniya nə qədər lazımdırsa Ukraynanı dəstəkləyəcək”.
Bunun qarşılığında, Sergey Lavrov Ukraynada “hibrid müharibə”nin aparılmasında Qərbin məsuliyyət daşıdığı və “onu bu işə sürükləməkdə” Kiyevin “əsassız tələbləri”nin səbəb olduğunu deyib.
Konfransda iştirak edə bilməyən Rusiya prezidenti Vladimir Putinin yerinə iştirak edən veteran diplomat, Rusiyanın dünyanın ərzaq və enerji çatışmazlığını həll etməyə çalışdığını deyib. Salondakılar isə əslində Moskvanın bu çatışmazlıqların yaranmasında günahkar olduğunu qeyd edib.
Elnur Ənvəroğlu