Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Kasım-Jomart Tokayevi ölkədə keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Ednews xəbər verir ki, bu barədə Nazarbayevin rəsmi internet səhifəsində deyilir.
Nazarbayevin sözlərinə görə, Tokayevin qələbəsi onun dövlət başçısı kimi yüksək nüfuzundan xəbər verir və vətəndaşların genişmiqyaslı islahatlara və yeni təşəbbüslərə inamını sübut edir.
“Bu, Tokayevin “dövlətin müstəqilliyinin təhlükə altında olduğu kritik vaxtlarda göstərdiyi dəyanət, qətiyyət və müdrikliyin etirafıdır”. Arzu edirəm ki, hər zaman xalqın ümumbəşəri dəstəyi və hörmətindən yararlanasınız”, - təbrikdə deyilir.