Avropa Parlamenti Rusiyanı Ukraynaya qarşı işğala başladığı müddətdən bəri “qəddar və qeyri-insani” hərəkətlərə görə “terrora sponsorluq edən dövlət” elan edib.
Ednews xəbər verir ki, qətnamə bu gün Strasburqda keçirilən aylıq plenar iclasda səsvermədə qəbul olunub.
Səsvermədə 494 parlamentari bu qətnamənin lehinə, 58 əleyhinə səs verib. 44 parlamentari bitərəf qalıb.