“Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var” - Serbiyanın Baş naziri - ednews.net

7 Dekabr, Çərşənbə

(+994 50) 229-39-11

“Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var” - Serbiyanın Baş naziri

Siyasət A- A A+

Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Baş naziri xanım Ana Brnabiç ilə geniş tərkibdə görüşü olub. 

Ednews xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.  

Məlumata görə, Serbiyanın Baş naziri Ana Brnabiç açılış nitqi ilə çıxış edərək əvvəlcə Prezident İlham Əliyevi salamlayıb:

“Hörmətli cənab Prezident, hörmətli qonaqlar.Sizi bu gün Belqradda görməkdən olduqca məmnunam. Bilirəm ki, bizim bir çox məsələlərə nəzər salmaq imkanımız oldu. Sizin bizim Prezidentlə məhsuldar müzakirələriniz olub”.  

Daha sonra Baş nazir iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələrdən bəhs edib. 

“Sizi əmin etmək istərdim ki, Serbiya hökumətinə arxalana bilərsiniz. Siyasi və iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var. Ölkəniz bizim əsl dostumuzdur. Artıq qeyd etdiyim kimi, Sizinlə görüşməkdən və məsələləri müzakirə etməkdən məmnunam və şərəf hissi duyuram. Özünüzü burada öz evinizdə kimi hiss edin. Mən Sizinlə birgə işləməyi səmimiyyətlə arzulayıram”,- deyə xanım Brnabiç bildirib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...