Noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkisində qalib gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Müstəqillik Sarayında rəsmi andiçmə mərasimi başlayıb.
Ednews Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı tədbirin keçirildiyi saraya gəlib.
Andiçmə mərasimində hökumət üzvləri, deputatlar, Konstitusiya Şurasının üzvləri, Ali Məhkəmənin hakimləri, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Qazaxıstanda keçirilmiş prezident seçkisində seçicilərin 81,31%-i Kasım-Jomart Tokayevə səs verib.