2022-ci il Azərbaycanda hansı siyasi hadisələrlə yadda qaldı? SORĞU

Siyasət 16:01 23.12.2022

2022-cu il ölkəmiz üçün bir çox siyasi, iqtisadi hadisələrlə yadda qalıb. Ednews ictimai şəxslərdən bu il üçün şərh öyrənib. Cavabları təqdim edirik:

Miilət vəkili Cavanşir Feyziyev:

2022- ci ildə Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşdırılması üzrə beynəlxalq səviyyədə keçirilmiş bütün görüşləri ilin vacib siyasi hadisələri hesab etmək olar.

Bununla belə, Azərbaycanın beynəlxalq siyasətdə rolunu və yerini gücləndirən 2 vacib hadisəni 2022- ci ilin ən vacib siyasi hadisələri kimi ayrıca qeyd etmək olar:

- 18 iyulda “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” nun imzalanması;

- 17 dekabrda Buxarestdə “ Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökümətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in  imzalanması.

Milli Məclisin deputatı İqbal Məmmədov:

“Hər bir sahədə olduğu kimi başa vurmaqda olduğumuz 2022-ci il də daxili siyasət sahəsində müsbət dinamika ilə yadda qaldı. Siyasi sahədə zaman-zaman həyata keçirilən islahatlar, ölkənin ictimai-siyasi həyatı üçün vacib olan proseslərdə Azərbaycanın bütün siyasi cameəsinin iştirakı, öz mövqeyini ortaya qoyması, siyasi konfiqurasiyanın getdikcə güclənməsi fonunda bunu aydın görmək mümkündür. Daxili siyasət sahəsində 2022-ci ildə ən yadda qalan hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illyinin qeyd edilməsi oldu. Azərbaycan Respublikasının Prezidenti, partiyanın sədri Cənab İlham Əliyevin iştirakı ilə YAP-ın yaranmasının 30 illiyi geniş və təntənəli şəkildə qeyd olundu. Yubiley mərasimində geniş və əhatəli, məzmunlu, proqram xarakterli çıxış edən dövlət başçısı, partiya sədrimiz bizlərin qarşısında növbəti illər üçün vəzifələr müəyyənləşdirmiş oldu, yeni dövrdə yeni hədəfləri partiya üzvlərinin diqqətinə çatdırdı. Bir neçə gün əvvəl Cənab Prezidentin imzaladığı sərəncamla ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan partiyadaşlarımın, həmkarlarımın təltif edilməsi də cari ilin siyasi həyatı üçün əlamətdar hadisələrdən sayıla bilər. Fürsətdən istifadə edərək Cənab Prezident tərəfindən təltif edilən həmkarlarımı, partiyadaşlarımını bir daha təbrik edirəm. Hesab edirəm ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin üçüncü oxunuşda qəbul edilməsi də yaşadığımız 2022-ci ildə daxili siyasətdə baş verən mühüm hadisələrdəndir. Düşünürəm ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunması ölkəmizdə sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsində əhəmiyyətli rol oynayacaq. Bu sənəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa da öz töhfəsini verəcək”.

AĞ Partiyanın rəhbəri Tural Abbaslı:

“Bu il əsasən Azərbaycanın rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki apardığı aktivlik və bizim bu hadisələrə reaksiyamız daha çox yadda qaldı. Eyni zamanda Azərbaycan-Ermənistan şərti sərhədində baş verən hadisələri də qeyd edərdim. Ölkəmizə qarşı təxribatlar oldu. Azərbaycanda düşmənə layiqli cavabını verdi. Bu ili ən çox yadda edən isə Xankəndi yolunun Azərbaycan ictimai fəalların və sivil cəmiyyət tərəfindən keçirilən aksiya oldu. Uzun müddət idi ki, yumuşaq gücdən istifadə etmirdik. Bu gücdən demək olar ki, ermənilər istifadə edirdi. İctimai fəallar, eko-aktivistlər aksiya keçirməklə həm rus sülhməramlılarına, həm orada yaşayan ermənilərə və ümumiyyətlə, dünyaya mesaj verdi. Son günlər isə dünyadan bunun əks cavabını alırıq. Azərbaycanı yenə təkləməyə çalışırlar. Əminəm ki, Azərbaycan sona qədər dirəniş göstərib haqq davasında qalib gələcək. AĞ Partiya olaraq ölkəmizin yanındayıq. Siyasi partiyalar haqqında qanun layihəsinin müzakirələri, dinləmələri və nəhayət qəbul olunmasıdır. Qalıb prezident İlham Əliyevin imzalamasına. Hər halda imzalasa məncə, bu 2022-ci ilin ən önəmli hadisəsi olacaq”.

Politoloq Turab Rzayev:

“2022-ci ildə Azərbaycanın kifayət qədər hərbi sahədə uğurları oldu. Belə ki, artıq biz sübut etdik ki, faktiki olaraq Azərbaycan ordusu Ermənistan ordusundan güclüdür. Həm texnoloji, həm hərbi hazırlıq cəhətdən, həm personal baxımdan. Artıq Ermənistan Azərbaycanla hərbi dildə danışmağı tamamilə dayandırıb. Açıq şəkildə yardım istəməklə məşğuldur. Azərbaycandan qorunmaq tələb edirlər.

Bundan başqa ölkəmizin siyasi, iqtisadi uğurları da oldu. Bunların ən başlıcası isə Türkiyə ilə Azərbaycan arasında keçirilən hərbi təlimləri göstərmək olar. İranın Azərbaycana qarşı təcavüzkar addımlarının qarşısı alındı. Albaniyanın, Mərakeşin Fransaya qarşı Azərbaycanı müdafiəsi də ilin önəmli hadisələrindən oldu. Azərbaycab Fransaya qarşı geri addım atmadı. Türk dövlətləri təşkilatları ilə əlaqələrin gücləndirilməsi, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkəmistan kimi ölkələri qeyd edə bilərəm. Bu ölkələrlə həm siyasi, həm də iqtisadi münasibətlər irəlilədi”.

Oğuz Ayvaz 

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Hamısı