Xəbər verdiyimiz kimi, bu gün səhər Rusiya prezidenti Vladimir Putin öz avtomobilində Belarus prezidenti Aleksandr Lukaşenkonu Sankt-Peterburq şəhərində yerləşən Rusiya Muzeyinə gətirib.
Ednews Belarusun “Pul№3” Telegram kanalına istinadən xəbər verir ki, MDB-nin qeyri-rəsmi sammitinin ikinci günü rus incəsənətinin əhatəsində keçirilir.
Hazırda hər iki lider arasında təkbətək görüş keçirilir.
“Belə qeyri-rəsmi atmosferdə biz gözəl interyerlərdə ünsiyyətimizi davam etdirəcəyik. Razılaşdıq ki, 2023-cü ili Rus dili ili kimi qeyd edək və mənə elə gəlir ki, bu gün Rusiya Muzeyində işçi səhər yeməyində görüşmək çox xoş olardı.
Ciddi məsələlərlə bağlı söhbət üçün yaxşı mühit var”, deyə Putin qeyd edib.
Lukaşenko isə deyib ki, dünən liderlər bir çox məsələləri müzakirə ediblər və bütün məsələlər nəhayət razılaşdırılıb.
Söhbətin hansı razılaşmadan getdiyini o, açıqlamayıb.
Yeri gəlmişkən, tarixdə ilk dəfə Rusiya Muzeyində Rusiya prezidentinin danışıqları keçirilir.