Yaxın illərdə Rusiyanın siyasi-iqtisadi vəziyyəti NECƏ OLACAQ? ŞƏRH

Siyasət 14:01 19.01.2023

Dünyada Rusiyanın nüfuzu sürətlə aşağı düşür. Bu barədə “Morning Consult” analitik şirkəti son hesabatını açıqlayıb. Böyük Britaniya əhalisinin 79 faizi Rusiyaya mənfi münasibət bəsləyir. Yaponiyada bu göstərici 75 faizdir.

İtaliya və İspaniyada keçirilən sorğular zamanı respondentlərin 69 faizi, Almaniya və Fransada isə 68 faizi Rusiya haqda mənfi fikirdə olduğunu bildirib.

ABŞ-da əhalinin 62 faizinin Rusiyaya mənfi münasibət bəslədiyi aydınlaşıb.

Putinin iqtisadi müşavirədəki çıxışını şərh edən “The Washington Post” qəzetinin yazarı Adam Teylor Rusiyanın dünyadan tam təcrid olunmadığını bildirib:

“Ölkənin hazırkı hesablar balansı, yəni onun dünya ilə ticarətinin həcmi ötən il elə artıb ki, adi vaxtda bunu ciddi iqtisadi artımın göstəricisi kimi qəbul etmək olardı”.

Rusiyanın gələcəkdə siyasi-iqtsadi durumu necə olacaq? Eyni zamanda ölkədəki böhran Qafqaza da sirayət edəcəkmi?

Mövzu ilə bağlı Ednews-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, sanksiyaların Rusiyaya necə təsir etdiyini anlamaq üçün ilk növbədə enerji sektoruna nəzər salmaq lazımdır:

“Çünki bu sektor Rusiya iqtisadiyyatının orta damarıdır və bütün iqtisadi sistemin əsasını təşkil edir. Qeyd etmək lazımdır ki, Rusiyanın neft-qazdan ciddi asılılığı davam edir. Məsələn, 2022-ci ilin birinci yarısının nəticələrinə əsasən federal büdcənin gəlirlərinin 45,5 faizi neft-qaz gəlirlərindən ibarət olub. Putin rejimi təbiətin bəxş etdiyi təbii ehtiyatları yerin altından çıxarıb satmaqla gəlirləri artırmasından qürrələnmək əvəzinə, hakimiyyətdə olduğu uzun illər ərzində iqtisadi sistemi modernləşdirə və onun ixrac strukturunu dəyişdirə bilmədiyini öz xalqına izah etməlidir. Lakin Rusiyada rejimin imitasion-dekorativ demokratiyadan tamamilə imtina edərək diktatura yolunu seçməsindən sonra artıq kiməsə izahat vermək ehtiyacı da qalmayıb, çünki belə bir izahat və hesabat tələb edəcək institutlar artıq yoxdur.   

Rusiya rəhbərliyinin nikbin açıqlamaları ötən il yüksək neft qiymətlərinin ölkə büdcəsi üçün yaratdığı komfortdan irəli gəlir. Belə ki, 2022-ci ildə Rusiyanın “Urals” markalı neftinin orta qiyməti 76 dollar təşkil edib. Xüsusən ilin birinci yarısında qiymətlər çox yüksək idi və bu müddətdə “Urals”ın orta qiyməti 85 dollardan çox olub. Lakin ilin sonlarında - dekabrın 5-dən etibarən Avropa Birliyinin dəniz yolu ilə daşınan Rusiya neftinə embarqo tətbiq etməsi, eləcə də AB, G-7 ölkələri və Avstraliyanın Rusiya nefti üçün 60 dollar tavan qiymət müəyyənləşdirməsindən sonra “Urals”ın ciddi şəkildə ucuzlaşdığını görürük. Rusiya öz neftini sata bilmək üçün alıcılara ciddi endirimlər (“Brent”ə nisbətən iki dəfəyə yaxın) etmək məcburiyyətində qalıb, daşınma xərcləri də xeyli artıb ki, bu da mənfəəti azaldan amillərdən biridir.

Ötən il dekabrın ortalarından bu il yanvarın ortalarına qədər olan 1 aylıq dövrdə Rusiya neftinin orta qiyməti 46,82 dollar təşkil edib. Halbuki Rusiyanın 2023-cü il üçün dövlət büdcəsində neftin qiyməti 70,1 dollardan götürülüb. İlboyu bu şəkildə davam edərsə, büdcə gəlirlərinin xeyli azalacağını anlamaq üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Rusiya Maliyyə Nazirliyi 70 dollarlıq orta neft qiymətinə əsaslanaraq 2023-cü ildə ÜDM-in 2 faizi həcmində büdcə kəsiri proqnozlaşdırıb. Nazirlik 50 dollar orta qiymət və sutkalıq hasilatın 10 milyon barel olacağı ssenaridə neft-qaz gəlirlərinin bu il dörddə bir həcmdə - 2,1 trilyon rubl azalacağını gözləyir. Lakin noyabrdan bəri hasilat azalır və sanksiyalar səbəbi ilə bazar problemi yarandğı üçün bu il də azalacaq. Əgər hasilat gözlənildiyi kimi 9 milyon barelə düşərsə, gəlirlərin 2,9 trilyon həcmində azalacağı proqnozlaşdırılır".

Politoloq bildirib ki, Rusiya neft sektoruna qarşı yeni sanksiyaların təbiqi gündəmdədir:

“Avropa Birliyi fevralın 5-dən etibarən Rusiya neft məhsullarının (mazut, dizel, liqroin və s.) AB məkanına idxalına da embarqo qoyaraq üçüncü ölkələrə ixracı üçün neftdə olduğu kimi, tavan qiymətlər müəyyən etmək niyyətindədir. Bu da Rusiya büdcəsinin gəlirlərinə əlavə zərbə vuracaq. Ukraynaya qarşı işğalçı müharibəni maliyyələşdirmək isə getdikcə ağır yükə çevrilir. Hərbi xərclərin büdcədə nəzərdə tutulan miqdarı aşacağı şübhəsizdir. Xüsusən növbəti səfərbərlik elan olunarsa, Rusiya büdcəsini əlavə stres gözləyir. Rusiyanın neftlə yanaşı, digər strateji ixrac məhsulu olan təbii qazla bağlı durum isə daha mürəkkəbdir. 2022-ci ildə "Qazprom"un hasilatı bir il əvvələ nisbətən 19,6 faiz az olub. Uzaq ölkələrə ixrac isə az qala yarıbayarı - 45,1 faiz aşağı düşüb. Məsələnin geosiyasi tərəfinə nəzər salsaq, Rusiyanın Avropa qaz bazarında stratej tədarükçü rolunu itirdiyini və bir daha bərpa edə bilməyəcəyini qeyd etməliyik. Bu, həm də o deməkdir ki, Moskva Avropa Birliyi üzərində təsir imkanlarını itirib. 2022-ci ilin ən önəmli geosiyasi və geoiqtisadi nəticələrindən biri budur".   

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Rusiya rəsmi statistikasının açıqladığı rəqəmləri doğru hesab etmək mümkün deyil:

“Doğrudur, hələlik sanksiyaların gözlənilən effektini müşahidə etmirik. Lakin Rusiya statistik məlumatlarını da reallığı əks etdirən mütləq həqiqət kimi qəbul etmək düzgün olmazdı. Çünki Rusiyada statistika kifayət qədər siyasiləşib. Amma makroiqtisadi göstəricilərə, birjalardakı vəziyyətə vizual olaraq baxdıqda, sanksiyaların gözlənildiyi qədər kəskin təsir etmədiyi görünür. Hesab edirəm ki, bu, müvəqqəti haldır. Çünki sanksiyaların orta və uzunmüddətli dövrdə təsirləri daha güclü ola bilər. Ona görə də 2023-cü il Rusiya iqtisadiyyatı üçün daha vacib il olacaq. Əgər tərəfdaş ölkələr və əvvəlki resurslar imkan verməsə, sanksiyaların daha sərt tətbiqi mümkün olsa (açığını demək lazımdır ki, hazırda sanksiyalarda qara dəliklər çoxdur, yan keçmək mümkün olur, xüsusilə də Ermənistan kimi ölkələr bu məsələdə Rusiyaya böyük dəstək verirlər), o zaman cari ildə Rusiya iqtisadiyyatında daha ciddi təlatümlər, dalğalanmalar ola bilər”.

Avropa Komissiyası Rusiyaya qarşı sayca 10-cu sanksiya paketini hazırlayır. Bu barədə açıqlama verən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyan edib ki, bu paketdə əsas diqqət sanksiyalardan yayınma imkanlarının aradan qaldırılmasına yönəldiləcək. Onun sözlərinə görə, Avropa Komissiyası Rusiyanın sanksiyalardan yayınmasına dəstək verən, buna şərait yaradan, habelə prosesdə bilavasitə iştirakçı olan fiziki və hüquqi şəxslərə qarşı ciddi tədbirlər hazırlayır:

“Avropa İttifaqının sanksiyalarından yan keçənləri ciddi nəticələr gözləyir”.

Oğuz Ayvaz

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Hamısı