Səfiri Elvin Süleymanov “Times” radiosuna müsahibə verdi: "Biz Ermənistanla normal münasibətlərin tərəfdarıyıq

Siyasət 16:07 10.02.2023

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elvin Süleymanov Britaniyanın “Times” radiosuna müsahibə verib. Jurnalist Lusi Fişin suallarına cavablandıran səfir ilk növbədə erməni tərəfinin yaydığı dezinformasiyalardan danışıb. O, bildirib ki, bu gün Qarabağda yaşayan ermənilər birmənalı olaraq Azərbaycan vətəndaşı qədər eyni hüquqa malikdir:

 “Görünən rəqəmlər məsələnin əsas tərəfi deyil. İstər bu 34 min olsun, istərsə də 100 min, onlar bizim üçün bərabər hüquqludur. Sadəcə mən bu rəqəmlərlə məsələnin şişirdilməsini istəməzdim. Bizim üçün əsas olan nəticədir”. 

Azərbaycanlı diplomat jurnalistin Laçın dəhlizində eko-fəalların avtomobillərin gediş-gəlişinə mane olması barədə sualına cavab olaraq bildirib ki, bu sadəcə Ermənistan tərəfinin şişirdilmiş iddiasıdır. Digər məsləyə gəlincə isə istər Xankəndi, istərsə də digər ərazilər ümumilikdə Azərbaycanın suveren ərazisidir və orada baş verənlər beynəlxalq nizamnaməyə tam uyğundur. 

“Bizim orada gənc eko-fəallarımız var. Onlar sırf ekoloji etirazçılardır və məqsəd bəllidir: bu etiraz dünya nizamnaməsində öz təsdiqini tapmış proqram çərçivəsindədir. Bilirsiniz ermənilər uzun illərdən bəri orada mövcud olan qiymətli yeraltı və yerüstü sərvətləri qanunsuz istismar edərək, daşımağa çalışırlar. Bu cür qanunsuz istismar nəticəsində də Azərbaycanın ekoloji vəziyyətinə xeyli zərər dəyib və ciddi şəkildə pisləşib. Onlar mis, qızıl və sair qiymətli yeraltı sərvətlərdən qanunsuzcasına faydalanır və bunu heç bir sənədi əsas olmadan həyata keçirir.     

Gəlin, düz danışaq – bu əslində Azərbaycanın suveren ərazisidir. Bəli, bu beynəlxalq səviyyədə tanınan suveren Azərbaycan ərazisidir. Hətta Ermənistanın Baş naziri belə Azərbaycanın beynəlxalq səviyyədə tanınan hüdudları çərçivəsində onun ərazi bütövlüyünü tanıdığını etiraf edib. Xankəndi Azərbaycanın həmin ərazi bütövlüyü tərkibində olan şəhəridir. Burada aktivistlər sadəcə orada nə baş verdiyindən xəbərdar olmaq və monitorinq aparmaq üçün Azərbaycan qanunlarına əsasən fəaliyyət göstərir. 

Əsas məsələni qeyd etməliyəm ki, bu gün heç bir mülki erməni milliyyətindən olan vətəndaşın Xankəndinə gedib-gəlməsinə zərrə qədər belə maneə törədilmir. Onlara mane olan sadəcə Ermənistan hakimiyyəti və Xankəndində mövcud olan separatçı qüvvələrdir.”

Müsahibəsində səfir Elin Süleymanov Xankəndi yolunda yükmaşınlarına Azərbaycan tərəfindən nəzarət olunduğu haqqında yayılan xəbərlərə də aydınlıq gətirib. 

“Xankəndinə gedən yük maşınlarına prosedura uyğun olaraq sadəcə baxış keçirilir. Bu da məlum səbəblərdəndir. 

Bilirsiniz müharibə bitdikdən, yəni 10 noyabr kapitulyasiya bəyannaməsi imzalandıqdan sonra bizim ərazilərimiz minalanıb. Bu minalanma prosesi məhz bəyannamə imzalanandan sonra baş verib. Bu səbəbdən də əlbəttə, bizim insanlar Xankəndinə maşınlarda nəyin daşındığını bilmək istəyir, baş verən hadisələrdən xəbərdar olmağa çalışır. Lakin orada ərzaq, müxtəlif əşyalar və insanların daşınmasına, gediş-gəlişinə maneçilik törədilmir. 

Müsahibəsi zamanı səfir Xankəndidə Ermənistanın iddia etdiyi ərzaq böhranı ilə bağlı fikirləri də rədd edib. O, bunun müəyyən dairələrin mənafeyinə uyğun olduğunu vurğulayıb:

 “Bizim Ermənistan tərəfi və hətta Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə danışıqlarımız olub. Biz onlara nəinki ərzaqlarını daşımaq üçün yük maşınları da təklif etdik. Bununla yanaşı, biz onlara ərzaq və tibbi yardım köməkliyi edə biləcəyimizi də bildirdik. Bir sözlə deməliyəm ki, Azərbaycan ərazisində yaşayan erməni əsilli şəxs Azərbaycan vətəndaşıdır. Buna baxmayaraq, erməni separatçıları bunu rədd etdi. Çünki onların məqsədi başqadır. Mən bunu izah edəcəm. Bunu başa düşmək o qədər də çətin deyil. 

Birincisi rus sülhməramlı kontingenti orada müvəqqəti, yəni 2025-ci ilədək yerləşdirilib və Azərbaycanla Ermənistan arasında qarşılıqlı sülh təmin edilərsə, orada sülhməramlı mandatı birmənalı olaraq ləğv olunur. İkinci məsələ isə Ukraynada belə fəaliyyətinə qadağa qoyulan Ruben Vardanyanın birdən-birə Xankəndidə peyda olmasıdır. 

Nə üçün onun birdən-birə orada peyda olması ilə Ermənistanla Azərbaycan arasında münasibətlər dəyişdi, ortada xoşa gəlməyən səs küy meydana gəldi? Bilən yoxdur ki, onu Xankəndinə kim və haradan salıb. Bütün bunlar bir sual doğurur: Bunu kim edir? Kimin məqsədlərinə xidmət edir? 

Biz yalnız bir şeyi demişik və deyirik: Qarabağda həqiqətən yaşayan ermənilər Azərbaycan vətəndaşıdır. Biz ümumiyyətlə Ermənistanla normal münasibətlərin tərəfdarıyıq”.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Xoşbəxtlikdən Qorxmaq – İnsan Ruhunun Parodoksu
11:55 22.05.2025
QMİ Qurban bayramı ilə bağlı Fətva verdi
11:25 22.05.2025
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
11:03 22.05.2025
Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
10:21 22.05.2025
Yaponiya silah sərgisində müdafiə ambisiyalarını nümayiş etdirir
08:44 22.05.2025
Çində 650 illik qüllə uçub
08:19 22.05.2025
Çində torpaq sürüşmələri baş verib
07:32 22.05.2025
Britaniya Çaqos arxipelaqını Mavrikiyə təhvil verəcək
05:28 22.05.2025
Ramaposa Trampla görüşünün çox yaxşı keçdiyini bildirib
03:26 22.05.2025
Beynəlxalq Biomüxtəliflik Günü: “Təbiətlə harmoniya və davamlı inkişaf”
00:00 22.05.2025
Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
12:52 21.05.2025
İ.Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib
12:43 21.05.2025
Kuba Prezidenti İlham Əliyevi təbrik edib
12:36 21.05.2025
Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
12:31 21.05.2025
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
12:25 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir
12:18 21.05.2025
İlham Əliyev: Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir
12:13 21.05.2025
Sabah 29 dərəcə isti olacaq
12:07 21.05.2025
Prezident: ''Ermənistan Qərbi azərbaycanlıların yurdlarına qayıda bilmələri ilə bağlı mövqe ifadə etməlidir''
12:03 21.05.2025
Lavrov: Rusiya və Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı tərəfdir
11:57 21.05.2025
IV Sumqayıt Kitab Sərgisi keçiriləcək
11:53 21.05.2025
Prezident: Qərbi azərbaycanlıların Ermənistandakı torpaqlarına qayıdışının təmini sülh üçün vacib faktordur
11:42 21.05.2025
Elm və təhsil naziri türkiyəli həmkarı ilə görüşüb
11:35 21.05.2025
İ. Əliyev: Azərbaycan və Türkiyənin hüquq prinsiplərinə sadiqliyi sabitliyin təmin olunması üçün zəmin yaradır
11:29 21.05.2025
Bakıda “Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək
11:24 21.05.2025
İ. Əliyev Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
11:20 21.05.2025
Gender Bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı qəbul ediləcək
11:16 21.05.2025
Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirilir
11:12 21.05.2025
İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər
11:07 21.05.2025
İlham Əliyevin Macarıstanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
11:04 21.05.2025
Azərbaycan “Tel Aviv EAT 2025” Qida Festivalında təmsil olunur
10:53 21.05.2025
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib
10:49 21.05.2025
Dillər Universitetinin Konfutsi İnstitutunda Çin dili səviyyə imtahanı keçirilib
10:46 21.05.2025
İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
10:41 21.05.2025
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak üçün Ankarada səfərdədir
10:38 21.05.2025
Ankarada Ulu Öndər Heydər Əliyev haqqında kitab təqdim olunub
10:34 21.05.2025
Türk dünyası qlobal miqyasda əsas güc mərkəzlərindən birinə çevrilir
10:29 21.05.2025
Azərbaycan Türk dünyasının inkişafı baxımından çox mühüm ölkədir
10:21 21.05.2025
Azərbaycan və Uruqvayın ali təhsil müəssisələri diplomatik əməkdaşlıq edəcəklər
10:16 21.05.2025
Bakıda minifutbol üzrə dünya çempionatı başlayır
10:11 21.05.2025
Hamısı