NATO üzvlüyünə namizəd Finlandiya Rusiya ilə sərhəddə 200 kilometr uzunluğunda və 3 metr hündürlüyündə beton hasar çəkməyə başlayıb.
Ednews zdf.de – un nəşrinə istinadən xəbər verir ki, Finlandiya və Rusiya arasında münasibətlər soyuyur.
Ukrayna müharibəsi 2 ölkə üçün vəziyyəti kökündən dəyişdi. NATO-ya üzv olmaq istəyən namizəd hazırda mümkün qeyri-qanuni girişin qarşısını almaq üçün Rusiya ilə sərhədini daha yaxşı təmin etmək istəyir.
Sərhədyanı meşələr təmizləndikdən sonra, yol tikintisi və faktiki hasarın quraşdırılmasına iyun ayının sonunda bitirmək planlaşdırılır. Bundan başqa 2025-ci ilə qədər daha 70 kilometr əraziyə hasar çəkilməsi nəzərdə tutulur.
Ümumilikdə Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədinin təxminən 200 kilometrini möhkəmləndirmək istəyir və buna təxminən 380 milyon avro sərmayə qoymağı planlaşdırır.
Üç metr hündürlüyündə olan hasar tikanlı məftillərlə, beton hasarlarla bəzi yerlərdə isə gecəgörmə kameraları, işıqlar və səsgücləndiricilərlə təchiz olunacaq.
Qeyd edək ki, hazırda Finlandiya sərhədi sadə taxta hasarlarla qorunur. Rəsmi Moskvanın miqrantlardan siyasi təzyiq vasitəsi kimi istifadə edə biləcəyindən narahat olan parlament iyul ayında sərhəd mühafizəsi haqqında qanuna sərhəd maneələrinin gücləndirilməsini asanlaşdıran qanunadüzəlişlər edib.
“Hasarın çəkilmə səbəbi Rusiyadan gələn sayısız miqrantların qarşısını almaqdır”,- deyə Baş Nazir Sanna Marin bildirib.
Gülməmmədov Xəyal