Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfəri iki ölkə arasında müsbət dəyişikliklərə zəmin yaradır.
Son illər Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur. İlham Əliyevlə mətbuata bəyanatında Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycanda səfirliyin açılması üçün XİN-ə təlimat verdiyini bildirib.
Məsələ ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ednews-a danışıb.
O, bildirib ki, səfirliyin açılması ilk növbədə Bosniya və Herseqovina üçün vacib bir addımdır.
“Bosniya və Herseqovinanın Azərbaycanla iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi üçün öz maraqları var. Hazırda Azərbaycan Balkan ölkələri üçün çox etibarlı enerji daşıyıcıları ixrac edən bir ölkədir. Bu baxımdan görürük ki, maraqlar toqquşur. Digər tərəfdən isə ənənəvi olaraq keçmiş Yuqoslaviya ölkələri ilə iqtisadi əməkdaşlıq ölkəmiz üçün çox prespektivdir. Çünki ölkələr arasında bir çox hallarda texnoloji uyğunluq var. Azərbaycan üçün yeni vacib bir tərəfdaşdır. Struktur baxımından mürəkkəb ölkədir. Həm federativ, həm də konfederativ üzvləri var. Yəni, siyasi baxımdan da bizim ölkə üçün yaxşı addımdır”.
Aysel Şahmar