“Paşinyan məğlub kimi kömək istəmir, qalib kimi şərt irəli sürür”.
Ednews xəbər verir ki, bunu Azərbaycanın keçmiş XİN başçısı, Bosniya və Hersoqovinadakı səfir Vilayət Quliyev sosial şəbəkə hesabında paylaşıb.
O Paşinyan Praqada yenə bir aləm hətərən-pətərən danıdığını qeyd edib.
“Orada da xahiş edib ki, Azərbaycana sanksiyalar tətbiq edin. Niyə? Sənin Azərbaycan vətəndaşı olan 5-6 dılğır erməninə görə?
Yenə ortalığa düşüb ki, Azərbaycan mənim 28 800 kv. km.(əslində 28 730, arada basa-basa salıb 70 kv. km də buradan qoparmaq istəyir. Yəni, Qazaxın işğal olunmuş 7 kəndini və s. özününküləşdirir) ərazimi tanısın, bu iş bitsin. Amma demir ki, mən də heç bir qeyd-şərt irəli sürmədən Azərbaycanın 86 600 kv.km. ərazisiniz tanıyıram”.
Səfir vurğulayıb ki, Paşinyan Laçın yolunun açılmasını, Qarabağa fakttoplama missiyasının göndərilməsini tələb edir.
“Bir sözlə, məğlub kimi kömək istəmir, qalib kimi şərt irəli sürür. Ənənəvi erməni həyasızlığı... Ona görə də günün şüarları: "Siz sülh istəmirsinizsə, biz dünəndən istəmirik" və "Biz hərb istəmirik, hərbə hazırıq!"”.
Aysel Şahmar