Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.
Ednews xəbər verir ki, Avropa Şurasının rəhbəri mayın 13-ü axşam saatlarında Ermənistanın baş naziri ilə görüşəcək.
Mayın 14-də səhər saatlarında Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparması planlaşdırılır.
Üçtərəfli görüşün isə mayın 14-də günortadan sonra başlayacağı bildirilir.