Türkiyədə seçki qutularının 10.36 %-i açılıb.
Ednews xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.
Hesablamalara görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58.89 faiz, onun əsas rəqibi Kamal Kılıçdaroğlu 35.31 faiz, digər namizəd Sinan Oğan isə 5.18 faiz səs toplayır.
Qeyd edək ki, bu nəticələr 10.36 %-ə aiddir. Ancaq açılan sandıqların sayı çoxaldıqca, namizədlərin faizləri də dəyişir.