Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib.
Ednews xəbər verir ki, hazırda sessiya davam edir.
Qeyd edək ki, Anar ibrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.
11:17
***
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası başlayıb.
Ednews xəbər verir ki, onuncu sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisi sədrinin müavininin seçilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi, həmçinin, "Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi məsələləri daxil edilib.